Misli Premyer Liqasında XXI turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun oyunlarının hakimləri, həmçinin hakim-inspektorları və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə ev oyununu Rəşad Əhmədov idarə edəcək.
Onun köməkçiləri Şirmamed Mamedov və Asiman Əzizli olacaqlar. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.
Xatırladaq ki, fevralın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 17:30-da başlayacaq.
Misli Premyer Liqası
XXI tur
4 fevral (bazar)
17:30. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu