Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb. Bu gün keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Zirə” ilə ev görüşünün də təyinatları bəlli olub.
Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Ona Müslüm Əliyev və Vüsal Məmmədov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 17:00-da başlayacaq.
Azərbaycan kuboku
1/2 final, cavab oyunu
24 aprel (çərşənbə)
17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu