Misli Premyer Liqasında II turun təyinatları açıqlanıb.
Turun son günündə baş tutacaq “Qəbələ” – “Zirə” qarşılaşmasının baş hakimi İnqilab Məmmədov olacaq. Ona Namiq Hüseynov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elvin Bayramov yerinə yetirəcək.
Fərid Hacıyev VAR, Elşad Abdullayev AVAR olacaq. Vüsal Əliyev hakim-inspektor, Azər Əsgərov AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 19:00-da başlayacaq.