Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Avqustun 21-də başlayacaq çempionatın I turunda baş tutacaq matçın yeri və vaxtı dəqiqləşib. “Qəbələ” üç gün davam edəcək turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək. Avqustun 23-də baş tutacaq oyun Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
I tur
23 avqust (bazar)
19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu