«Qəbələ» - «Zirə» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 6 Mart 2021 | 16:01185
«Qəbələ» - «Zirə» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli açıqlanıb. Martın 13-14-də keçiriləcək matçların yeri və vaxtı dəqiqləşib. “Qəbələ” turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək. Martın 14-də baş tutacaq oyun Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 15:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

XX tur

14 mart (bazar)

15:00. “Qəbələ” – “Zirə”

Qəbəllə şəhər stadionu