«Qəbələ» - «Zirə» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 8 Oktyabr 2021 | 11:24200
«Qəbələ» - «Zirə» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli açıqlanıb. Oktyabrın 16-17-də keçiriləcək I dövrənin son matçlarının yeri və vaxtı dəqiqləşib. “Qəbələ” turun ilk günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək. Oktyabrın 16-da baş tutacaq oyun Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 16:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

VII tur

16 oktyabr (şənbə)

16:00. “Qəbələ” – “Zirə”

Qəbəllə şəhər stadionu