«Qəbələ» - «Zirə» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 5 Mart 2022 | 15:48119
«Qəbələ» - «Zirə» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XIX turun oyun cədvəli açıqlanıb. Martın 12-13-də keçiriləcək matçların yeri və vaxtı dəqiqləşib. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək. Martın 13-də baş tutacaq oyun Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 16:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası

XIX tur

13 mart (bazar)

16:00. “Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu