Misli Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb. Noyabrın 4-6-da keçiriləcək matçların yeri və vaxtı dəqiqləşib. “Qəbələ” turun ikinci günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gələcək. Noyabrın 5-də baş tutacaq oyun Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 15:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XIII tur
5 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu