«Qəbələ» zirvədə
Xəbərlər / 4 Mart 2022 | 16:03121
«Qəbələ» zirvədə

Gənclər Liqasında II dövrəyə yekun vurulub. “Qəbələ” öz meydanında “Neftçi” PFK-nı qəbul edib. Çempionatın liderlərinin qarşılaşması məhsuldar alınıb. Qəbələ şəhər stadionundakı qarşılaşmada 5 qol vurulub. “Qırmızı-qaralar” çempionluq mübarizəsindəki əsas rəqibini 3:2 hesabı ilə məğlub edib. “Qəbələ” bu qələbədən sonra turnir cədvəlinin zirvəsinə yüksəlib. Çempionatın liderinin aktivində 16 oyundan sonra 40 xal var. Paytaxt təmsilçisi 2 xal geri qalır. Üç dövrədən ibarət olan çempionatda hər komanda daha 8 matç keçirəcək.

Xatırladaq ki, “Qəbələ” 2012/13 mövsümündən keçirilən Gənclər Liqasında hamıdan çox 6 dəfə qalib olub. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində qızıl medallar qazanıb.