“Qəbələ” – “Qarabağ” – 0:3
6 fevral 2021. Saat 15:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Merab Qiqauri, 68 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 88 (hakimin qərarına etiraz) // Bədavi Hüseynov, 30 (qeyri-idman hərəkəti); Abbas Hüseynov, 32 (qeyri-idman hərəkəti)
Qollar: Maksim Medvedev, 6; Patrik Andrade, 45+4 (p.), 48
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.
İlk oyun – 1:3
Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Günün ilk matçı Qəbələdə baş tutub. “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. Görüşdən öncə “qırmızı-qaralar” meydana xüsusi hazırlanmış forma ilə çıxıb. Futbolçular üzərində Vətən müharibəsi şəhidlərinin şəkilləri və adları əks olunan, “Ən vacib qələbəni siz qazandınız” ifadəsi yazılan geyimdə olub. Müharibə iştirakçıları da meydana çıxıb və klubun prezidenti Fariz Nəcəfov onlara “Qəbələ”nin xüsusi hədiyyələrini təqdim edib.
“Qırmızı-qaralar” 5 gün öncə keçirilən ilk oyunla müqayisədə matça iki dəyişikliklə başlayıb. Baş məşqçi Elmar Baxşıyev Murad Musayevlə Ceyms Adeniyiyə start heyətində şans verib. Yurgen Qoxa və Rövlan Muradov “11-lik”dən kənar qalıb.
Oyunun ilk 45 dəqiqəsi qonaqların üstünlüyü ilə keçib. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən Ağdam təmsilçisi 6-cı dəqiqədə Maksim Medvedevin qolu ilə hesabı açıb. Əks-hücumlarda fərqlənməyə çalışan “Qəbələ”nin bir neçə həmləsi yadda qalan olub. Belə epizodların birində Asif Məmmədovun yaxın məsafədən zərbəsi rəqib müdafiəçilərə tuş gəlib. Birinci hissə “qırmızı-qaralar”ın iki oyunçusunun zədələnməsi ilə diqqət çəkib. Vinko Medimoreç fasiləyədək əvəzlənərək yerini Yurgen Qoxaya verib. Uzatma dəqiqələrində Anar Nəzirovun rəqiblə toqquşması penalti ilə nəticələnib. Patrik Andrade fərqi iki topa çatdırıb. Bu zədə üzündən komandamızın kapitanı ikinci hissəyə çıxa bilməyib. Onu Tərlan Əhmədli əvəzləyib.
Fasilədən sonra da matçın ssenarisi dəyişməyib. İkinci hissənin əvvəlində fərqi üç topa çatdıran “Qarabağ” üstünlüyünü Patrik Andradenin qolu ilə artırıb. Bu qoldan sonra da daha çox hücum edən qonaqların qarşısını müdafiəçilərin inamlı oyunu alıb. Bir neçə sürətli əks-hücum quran “qırmızı-qaralar” öncə Ülvi İsgəndərovla fərqlənməyə yaxın olub. Nikolas Rayselin çərçivəyə zərbəsi yaddaqalan olsa da, hesab dəyişməyib. Uzatma dəqiqələrində Ülvinin qüvvətli zərbəsini rəqib qolkiper dəf etməyi bacarıb. Beləliklə, Qəbələ şəhər stadionundakı matç ağdamlıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
(94. Tərlan Əhmədli, 46)
11. Asif Məmmədov
28. Murad Musayev
9. Ehtiram Şahverdiyev
99. Ceyms Adeniyi
77. Merab Qiqauri
32. Nikolas Raysel
26. Stefan Vukçeviç
(70. Ülvi İsgəndərov, 53)
2. Vinko Medimoreç
(13. Yurgen Qoxa, 45)
23. Rafael Utriq
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
14. Cavid Hüseynov
10. Rövlan Muradov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”
1. Şahruddin Məhəmmədəliyev
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
(9. Xayme Romero, 63)
55. Bədavi Hüseynov
11. Mahir Emreli
30. Abbas Hüseynov
(18. İsmayıl İbrahimli, 46)
10. Abdullah Zubir
7. Kvabena Ovusu
81. Kevin Medina
6. Patrik Andrade
27. Toral Bayramov
(44. Elvin Cəfərquliyev, 63)
Ehtiyat oyunçular:
12. Emil Balayev
94. Ayhan Arazlı
4. Rahil Məmmədov
8. Uroş Matiç
Baş məşqçi: Qurban Qurbanov