Qəbələdə 3 qol - Video
Xəbərlər / 12 Aprel 2018 | 20:21321
Qəbələdə 3 qol - Video

“Qəbələ” – “Neftçi” – 1:2

Azərbaycan Kuboku, ½ final mərhələsi, ilk oyun

12 aprel 2018. Saat 18:00. Qəbələ şəhər stadionu, 2800 tamaşaçı  

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Yaşar Abbasov           

Dördüncü hakim: Orxan  Məmmədov  

AFFA nümayəndəsi: Şaiq Həmidov   

Hakim-inspektor: Vüsal Əliyev  

Sarı vərəqələr: Filip Ozobiç, 68 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 88 (qeyri-idman hərəkəti) // Namiq Ələsgərov, 86 (qeyri-idman hərəkəti); Rəşad Əzizli, 90+3 (oyunun bərpasını ləngitdiyinə görə)

Qollar:  Stiven Monroz, 90+1 // Lukas Qomez, 29; Namiq Ələsgərov, 44 

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq.

 

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Günün ikinci qarşılaşması Qəbələdə baş tutub. İki il əvvəl də bu mərhələdə üz-üzə gələn “Qəbələ” “Neftçi” növbəti duelin ilk matçına çıxıblar. “Qırmızı-qaralar” görüşə dörd gün öncə çempionatda keçirilən “Zirə”ylə səfər matçı ilə müqayisədə 3 dəyişikliklə başlayıblar. Dmitri Bezotosnı, Baqali Dabo və Omar Malone start “11-liy”indən kənar qalıblar. Onların əvəzinə Aqil Məmmədov , Filip Ozobiç və Təmkin Xəlilzadə ilk dəqiqələrdən meydana çıxıblar.

Hər iki komandanın çox istəkli başladığı görüş qarşılıqlı hücumlarla əlamətdar olub. Roman Qriqorçukun yetirmələri doğma azarkeşlər önündə qələbə qazanmağa çalışsa da, istəyinə çatmayıb. Hesab ilk yarının ortalarında açılıb. Bakılılar Lukas Qomezin qolu ilə önə keçiblər. Fasilə öncəsi qonaqlar fərqi artırmağa da müyəssər olublar. Bu dəfə Namiq Ələsgərov fərqlənib.

İki top geri düşən “Qəbələ” fasilədən sonra fəalıığı artırıb. Qriqorçuk oyunu əvəzetmələri ilə matçın axarını dəyişməyə çalışıb. Hər iki qapı önündə təhlükəli vəziyyətlər yaransa da, yalnız matçın sonlarında daha bir qol vurulub. Bu dəfə “qırmızı-qaralar” rəqib qapısına yol tapıb. İlqar Qurbanovun sağ cinahdan ötürməsini Stiven Monroz baş zərbəsi ilə tamamlayıb. Bununla da legioner ardıcıl 3-cü oyunda komandasının yeganə qolunun müəllifi olub. Bu top Monrozun “Qəbələ”də ümumilikdə 10-cu qolu kimi yadda qalıb. Fərqi azaldan “qırmızı-qaralar” matçın sonunadək hücumlarını davam etdirsə də, bərabərlik qolunu vura bilməyib.

Xatırladaq ki, “Qəbələ” və “Neftçi” arasında yarımfinalın cavab oyunu aprelin 18-də Bakıdakı “Bakcell Arena”da keçiriləcək.

 

“Qəbələ” 

23. Aqil Məmmədov

3. Voislav Stankoviç

8. Qismət Alıyev

(74. Yusif Nəbiyev, 88)

10. Ruslan Qurbanov

(18. İlqar Qurbanov, 54)

11. Asif Məmmədov

14. Cavid Hüseynov (k)

19. Filip Ozobiç

28. Stiven Monroz

33. Təmkin Xəlilzadə

(6. Elvin Məmmədov, 46)

34. Urfan Abbasov

45. Famussa Kone

 

Ehtiyat oyunçular:

 

35. Murad Popov

66. Sərxan Osmanov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

16. Omar Malone

29. Hacıağa Hacıyev

32. Amin Seydiyev

 

Baş məşqçi: Roman Qriqorçuk

 

“Neftçi”

94. Rəşad Əzizli

6. Rəşad Sadiqov (k)

2. İlkin Qırtımov

5. Anton Krivotsyuk

25. Kiril Petrov

10. Derlis Meza Kolli

(12. Mayk Kampaz, 87)

93. Soni Mustivar

17. Rəhman Hacıyev

(8. Emin Mahmudov, 75)

7. Namiq Ələsgərov

11. İqnasio Herrera

9. Lukas Qomes

(22. Mirabdulla Abbasov, 83)

 

Ehtiyat oyunçular:

 

1. Səlahət Ağayev

21. Məhəmməd Mirzəbəyov

97. Elnur Cəfərov

77. Elvin Sərkərov

3. Fərid Abbaslı

19. Fransisko Qarsiya

 

Baş məşqçi: Tərlan Əhmədov