“Qəbələ” – Yaponiya U-20 – 1:3
“Qəbələ” yoxlama oyunu keçirib.
“Qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Yaponiyanın U-20 yığması ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda baş tutan görüş məhsuldar alınıb.
Hər hissəsində iki qolun vurulduğu matçda qonaq komanda 3:1 hesablı qələbə qazanıb. Komandamızın heyətində Xəyyam Məmmədli fərqlənib.
Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının VII turunun oktyabrın 10-da keçiriləcək matçında “Sumqayıt”ın qonağı olacaq.