“Qəbələ” – “Neftçi” – 1:4
22 noyabr 2020. Saat 14:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Müslüm Əliyev
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Murad Musayev, 60 (qeyri-idman hərəkəti) // Anton Krivotsyuk, 13 (qeyri-idman hərəkəti); Yusuf Laval, 28 (qeyri-idman hərəkəti)
Qollar: Yusif Nəbiyev, 60 // Anton Krivotsyuk, 38, 51; Namiq Ələsgərov, 57; Prins İbara, 90+4
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.
Azərbaycan Premyer Liqasında X turun ikinci oyun günü start götürüb. Günün ilk matçı Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk qarşılaşmasını evdə “Neftçi”yə qarşı keçirib. Komandalar görüşdən öncə “Azan oldum dinmədim, bayraq oldum enmədim, şəhid oldum ölmədim!” pankartını qaldırıb.
Baş məşqçi Elmar Baxşıyev ötən turun “Keşlə” ilə oyunu ilə müqayisədə start “11-liy”ində heç bir dəyişiklik etməyib. “Qırmızı-qaralar” dumanlı hava şəraitində keçən matça erkən qolla başlamağa yaxın olub. Nikolas Rayselin cinah ötürməsindən sonra Cavid Hüseynovun əlverişli mövqedən zərbəsi yaddaqalan, amma qeyri-dəqiq alınıb. Qarşılıqlı hücumlarla davam edən görüşü fəal keçirən “Qəbələ”nin hücum xətti rəqib qapısı önündə dəfələrlə təhlükəli epizodlar yaradıb. Hissənin ortalarında Rafael Utziqin ardıcıl iki zərbəsindən sonra top çərçivəyə düşməyib. İlk hissəni fəal keçirən Merab Qiqauri uzaq məsafədən qapını nişan alsa da, hədəfə düşməyib. Qonaqların hücumları zamanı etibarlı oynayan müdafiə xətti yalnız fasilə ərəfəsində rəqibi nəzarətsiz qoyub. Bu da Anton Krivotsyukun 38-ci dəqiqədə hesabı açması ilə nəticələnib. Matçın gedişində zədələnsə də, görüşü bir neçə dəqiqə davam etdirən Vinko Medimoreç ilk yarı bitməmiş əvəzlənib.
İkinci hissə daha məhsuldar başlayıb. İlk 15 dəqiqədə üç qol vurulub. Fasilədən sonra oyuna paytaxt təmsilçisi daha fəal başlayaraq iki qola imza atıb. Öncə Anton Krivotsyuk, ardınca Namiq Ələsgərov fərqlənib. 60-cı dəqiqədə Nikolas Rayselin ötürməsindən sonra Yusif Nəbiyevin uzaq zərbəsi ilə komandamız fərqi azaldıb. Bu qoldan sonra fəallığı artıran “qırmızı-qaralar” daha bir neçə epizodda fərqlənməyə yaxın olub. Rövlan Muradovun iki zərbəsi dəqiq alınmayıb. Qapıçı ilə təkbətək çıxan Cavid Hüseynov isə qolkiperlə dueldən üstün ayrıla bilməyib. Hakimin final fitindən bir neçə dəqiqə əvvəl Yusif Nəbiyev dublunu rəsmiləşdirməyə yaxın olub. Onun zərbəsi dirəkdən dönüb. Uzatma dəqiqələrində isə Anar Nəzirov onunla üz-üzə qalan rəqibin qol vurmasına mane olub. Amma qonaqlar uzatma dəqiqələrində dördüncü qolu vurmağı bacarıb. Matçdakı 5-ci qolu Prins İbarra vurub. Beləliklə, “Qəbələ” ev oyunundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
(26. Stefan Vukçeviç, 62)
74. Yusif Nəbiyev
14. Cavid Hüseynov
99. Ceyms Adeniyi
77. Merab Qiqauri
32. Nikolas Raysel
13. Yurgen Qoxa
2. Vinko Medimoreç
(28. Murad Musayev, 43)
23. Rafael Utriq
(10. Rövlan Muradov, 60)
55. İdris İnqilablı
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”
30. Aqil Məmmədov (k)
7. Namiq Ələsgərov
19. Fəhmin Muradbəyli
(26. Ömər Buludov, 89)
36. Mamadu Kane
6. Voyislav Stankoviç
10. Saman Nərimancahan
(13. Prins İbara, 77)
91. Tallison Diaz
29. Sabir Buqrin
24. Yusuf Laval
5. Anton Krivotsyuk
20. Mert Çelik
Ehtiyat oyunçular:
12. Kamran İbrahimov
3. Mamadu Mbodj
17. Bruno Teluşi
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov