“Qəbələ” – “Qarabağ” – 0:5
25 aprel 2021. Saat 17:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Müslüm Əliyev
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Rüfət Əhmədov, 52 (qeyri-idman hərəkəti) // İsmayıl İbrahimli, 33 (qeyri-idman hərəkəti)
Qollar: Xayme Romero, 64; Qara Qarayev, 68; Mahir Emreli, 88, 89, 90
Qolla nəticələnməyən penalti: Mahir Emreli, 90+4
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. Turun ilk görüşü Qəbələdə baş tutub. “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib. Ehtiram Şahverdiyev, Ceyms Adeniyi və Merab Qiqauri ilk “11-liy”ə qayıdıb. Onlar Kamal Mirzəyev, Yurgen Qoxa və Rövlan Muradovu əvəzləyib.
Matçın ilk dəqiqəsində Ehtiram Şahverdiyevin cərimə meydanı xaricindən zərbəsi təhlükəli alınıb. Lakin topu qapıçı dəf edə bilib. İlk yarıda daha fəal olan qonaqlar üstünlüyə yiyələnib, topa daha çox nəzarət edib. Lakin “qırmızı-qaralar” müdafiədə etibarlı oyun göstərib. Anar Nəzirov da bir neçə epizodda komandanı qoldan xilas edib. “Qəbələ” də hesabı açmaq üçün imkanlar qazanıb. Merab Qiqaurinin uzaq zərbəsi istənilən kimi alınmayıbsa, Asif Məmmədovun cinah ötürməsindən sonra Rafael Utriq başla çərçivəyə düşməyib. Hissənin sonlarında Ceyms Adeniyi cərimə meydanı daxilindən qapını nişan alsa da, qolkiper topu dəf edə bilib.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. “Qırmızı-qaralar” hissənin əvvəlində künc zərbəsindən sonra qola yaxın olub. Murad Musayevin zərbəsindən sonra top dirəyin yanından keçib. Az sonra Stefan Vukçeviçin zərbəsi yaddaqalan alınıb. Matçın taleyi ikinci hissənin ortalarında həll olunub. “Qarabağ” 5 dəqiqəyə iki qol vurub. Bu qollardan sonra “qırmızı-qaralar” oyunda dönüş yaratmağa çalışsa da, rəqib qapısına yol tapa bilməyib. Qonaqlar isə görüşün sonlarında daha üç qola imza ataraq fərqi 5 topa çatdırıb. Beləliklə, “Qəbələ” “Qarabağ”la ev oyununda 0:5 hesabı ilə uduzub.
“Qəbələ”
1. Anar Nəzirov (k)
11. Asif Məmmədov
28. Murad Musayev
9. Ehtiram Şahverdiyev
(55. İdris İnqilablı, 75)
99. Ceyms Adeniyi
77. Merab Qiqauri
32. Nikolas Raysel
(74. Yusif Nəbiyev, 79)
26. Stefan Vukçeviç
(14. Cavid Hüseynov, 84)
2. Vinko Medimoreç
23. Rafael Utriq
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
6. Kamal Mirzəyev
13. Yurgen Qoxa
17. Yaovi Akakpo
10. Rövlan Muradov
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”
12. Emil Balayev
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
4. Rahil Məmmədov
10. Abdullah Zubir
7. Kvabena Ovusu
(11. Mahir Emreli, 71)
8. Uroş Matiç
(9. Xayme Romero, 54)
81. Kevin Medina
18. İsmayıl İbrahimli
44. Elvin Cəfərquliyev
(30. Abbas Hüseynov, 77)
27. Toral Bayramov
Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
94. Ayhan Arazlı
66. Cavid Bayramov
21. Rauf Hüseynli
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov