Qəbələdə 5 qol
Xəbərlər / 27 İyul 2023 | 22:041727
Qəbələdə 5 qol

“Qəbələ” – “Omoniya” (Kipr) 2:3

27 iyul 2023. Saat 20:00. Qəbələ şəhər stadionu

Baş hakim: Andrey Çivulete (Rumıniya)

Baş hakimin köməkçiləri: Sebastyan George, Daniel Mitruti (hər ikisi (Rumıniya)

Dördüncü hakim: Horatiu Feşniç (Rumıniya)

Hakim-inspektor: Devid Malkolm (Şimali İrlandiya)

UEFA nümayəndəsi: Natalya Vorobyova (Belarus)

Sarı vərəqələr: Murad Musayev, 80, Əyyub Allaş, 86 // Senu Kulibali, 24, Roman Bezus, 57, Andronikos Kakulli, 87, Villi Semedu, 90+4

Qollar: Əyyub Allaş, 4, 62 // Roman Bezus, 45+1, 50, 82 (p.)

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq

 

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib. “Qəbələ” “Omoniya”nı qonaq edib. 

“Qırmızı-qaralar” mövsümün ilk matçına son rəsmi görüşlə müqayisədə bir sıra dəyişikliklərlə başlayıb. Komandamızın yeni transferləri Lukas Afriko, Ahmed Ayzaya və Osama Xalayla oyuna start heyətində çıxıb. 

Görüş “qırmızı-qaralar”ın üstünlüyü ilə başlayıb. 4-cü dəqiqədə Omar Hani gözəl ötürmə ilə Əyyub Allaşı qapıçı ilə üz-üzə qoyub. Belçikalı bu fürsəti əldən verməyib – 1:0. Qoldan sonra qonaqlar bərabərlik topu üçün irəli atılıb. Bundan istifadə edən komandamız fərqi artırmağa yaxın olub. Əks-hücuma atılan Omar Hani Osama Xalaylanı əlverişli vəziyyətə çıxarıb. Lakin israillinin zərbəsini qapıçı dəf edib. Bir neçə epizodda qonaqların fərqlənməsinə isə Kristof Atanqana və müdafiəçilərin etibarlı çıxışı imkan verməyib. İlk hissənin ortalarında yeni transfer Ahmed Ayzaya diqqət mərkəzinə düşüb. Onun cərimə meydançası xaricindən vurduğu qüvvətli zərbə qapı tirinə tuş gəlib. Birinci yarıya əlavə olunan dəqiqələrdə qonaqlar cərimə zərbəsi qazanıb. Roman Bezus qarşısıalınmaz zərbə ilə hesabı bərabərləşdirib – 1:1.

İkinci yarı isə “Omoniya”nın üstünlüyü ilə başlayıb. 50-ci dəqiqədə kiprlilərin futbolçusu Roman Bezus cərimə zərbəsini qolla tamamlayıb. Lakin komandamız ruhdan düşməyib və hücumlarını artırıb. Bunlardan birində künc zərbəsindən gələn ötürməni Murad Musayev başla tamamlayıb. Onun zərbəsi qapı tirinə tuş gəlib. Buna baxmayaraq 1 dəqiqə sonra Omar Hani gözəl ötürmə ilə Əyyub Allaşı əlverişli epizoda çıxarıb. Belçikalı bu səfər də qapıçı ilə dueldən qalib ayrılıb – 2:2. Matçın 81-ci dəqiqəsində qonaqlar 11 metrlik cərimə zərbəsi qazanıb. Roman Bezus qapıçı ilə dueldən qalib ayrılaraq het-trikini rəsmiləşdirib. Tərəflərin səylərinə baxmayaraq hesab dəyişməyib – 2:3.

Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 3-də Kiprin Nikosiya şəhərində keçiriləcək.

 

 

"Qəbələ" 

13. Kristof Atanqana

2. İlkin Qırtımov 

(5. Rauf Hüseynli, 90+1)

28. Murad Musayev

4. Lukas Afriko

34. Urfan Abbasov (k)

7. Emil Səfərov

(8. Gilad Abramov, 63)

99. Ahmed Ayzaya

9. Əyyub Əllaş

10. Omar Hani

(17. Yaovi Akakpo, 86)

14. Ülvi İsgəndərov

(20. Bilel Auaşeriya, 63)

72. Osama Xalayla

 

Ehtiyat oyunçular:

1. Rəşad Əzizli

36. Elməddin Sultanov

94. Həbib Huşanov

12. Nicat Əliyev

18. Mehrac Baxşəli

24. Xəyal Xudaverdiyev

33. Hüseyn Mürsəlov

71. Sənan Ağalarov

 

Baş məşqçi: Elmar Baxşıyev

 

"Omoniya" 

40. Fabiano

3. Adam Mettyuz

5. Senu Kulibali

22. Adam Lanq

6. Markinyos Sipriano

(17. Yan Liçyaks, 70)

31. Yoannis Kusulos (k)

8. Moretu Kassama

(19. Fuad Bəşiri, 70)

10. Loizos Loizu

(21. Velyko Simiç, 70)

90. Roman Bezus

(73. Nemanya Miletiç, 89)

7. Villi Semedu

18. Kərim Ansarifard

(9. Andronikos Kakulli, 76)

 

Ehtiyat oyunçular:

1. Konstantinos Panayi

23. Fransis Uzoyo

19. Fuad Bəşiri

20. Panagiotis Zaşari

74. Panagiotis Andreu

76. Şaralampos Şaralampus

82. Nikolas Kiriakidis

87. Konstantinos Panteli

 

Baş məşqçi: Sofronis Avqusti