Qəbələdə 5 qol
Xəbərlər / 22 Oktyabr 2023 | 18:321441
Qəbələdə 5 qol

“Qəbələ” – “Araz-Naxçıvan” – 1:4

22 oktyabr 2023. Saat 16:30. Qəbələ şəhər stadionu, 700 tamaşaçı

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Vüsal Məmmədov

Dördüncü hakim: Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Azər Əsgərov

Sarı vərəqələr: Osama Xalayla, 29 (hakimin qərarına etiraz), 60 (qeyri-idman hərəkəti) // Vadim Abdullayev, 19 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqələr: İlkin Qırtımov, 29 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə); Osama Xalayla, 60

Qollar: Samuel Tetteh, 37 // Turan Manafov, 32; Kadiri Mohammed, 45; Elvis Maşike, 69; Miço Kuzmanoviç, 72

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.

 

“Qəbələ” II dövrədə ilk oyununu keçirib. “Qırmızı-qaralar” X turun son günündə meydana çıxıb. Komandamız evdə “Araz-Naxçıvan”la qarşılaşıb.

Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib. Urfan Abbasov, Samuel Tetteh və Gilad Abramov ilk dəqiqələrdən meydana çıxıb. Onlar Zurab Oçiqava, Ahmed Ayzaya və Omar Hanini əvəzləyiblər.

Qəbələ şəhər stadionundakı matç qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdə hər iki komandanın qapıçısı seyvlə yadda qalıb. Sağ cinahdan ötürmədən sonra qolkiperlə üz-üzə qalan Osama Xalayla fərqlənə bilməyib. O, qısa müddət ərzində üç dəfə yaxın məsafədən zərbə endirsə də, top rəqib qapıçıya tuş gəlib. Daha çox hücum quran “qırmızı-qaralar” qonaqların qapısına yol tapmaqda çətinlik çəkib. İlk 45 dəqiqənin ikinci yarısı məhsuldar alınıb. İlkin Qırtımovun qırmızı vərəqə aldığı epizodda qonaqlar cərimə zərbəsindən hesabı açıblar. Azlıqda qalan “Qəbələ” hesaba tarazlıq gətirə bilib. Əyyub Allaşın zərbəsindən sonra qapıçının önünə qaytardığı topu Samuel Tetteh tora qovuşdurub. Bu, qanalı hücumçunun “qırmızı-qaralar”ın heyətində ilk qolu olub. Hesab bərabərləşdikdən sonra da azarkeşlər qarşılıqlı hücumlara şahidlik ediblər. Fasilə ərəfəsində “Araz-Naxçıvan” ikinci qolu vurmağı bacarıb.

İkinci 45 dəqiqə də qarşılıqlı hücumlarla başlasa da, rəqiblər qapılar önündə real qol vəziyyətləri yaratmaqda çətinlik çəkiblər. Osama Xalaylanın qırmızı vərəqəsindən sonra qonaqların say üstünlüyü artıb. Bundan yararlanan “Araz-Naxçıvan” daha iki qol vurmağı bacarıb. Beləliklə, “Qəbələ” II dövrənin ilk matçında 1:4 hesabı ilə uduzub.

 

“Qəbələ”

1. Rəşad Əzizli

2. İlkin Qırtımov

34. Urfan Abbasov (k)

5. Rauf Hüseynli

7. Emil Səfərov

20. Bilel Auaşeriya

4. Lukas Afriko

19. Samuel Tetteh

(10. Omar Hani, 62)

9. Əyyub Allaş

72. Osama Xalayla

8. Gilad Abramov

(28. Murad Musayev, 37)

 

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

11. Asif Məmmədov

14. Ülvi İsgəndərov

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

3. Zurab Oçiqava

99. Ahmed Ayzaya

17. Yaovi Akakpo

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Araz-Naxçıvan”

12. Kristian Avram

6. Vadim Abdullayev

(7. Nicat Süleymanov, 75)

10. Orxan Əliyev

(9. Elvis Maşike, 62)

3. Turan Manafov

2. Abdulla Rzayev

(55. Zamiq Əliyev, 86)

19. Aksel Nqando

(39. Tural Bayramlı, 62)

23. Nuno Rodriqes

42. Kadiri Mohammed

14. Miço Kuzmanoviç

4. İqor Ribeyro

27. Numan Kurdiç (k)

(22. Elçin Mustafayev, 86)

 

Ehtiyat oyunçular:

 

91. Semir Bukviç

1. Vüsal Şabanov

5. Nihad Qurbanlı

88. Tuqay Əlizadə

11. Bayraməli Qurbanov

13. Mirəli Əhmədov

 

Baş məşqçi: Azər Bağırov