“Qəbələ” – “Sabah” – 3:3, pen. 2:4
Bizon Azərbaycan Kuboku, ¼ final cavab oyunu
5 mart 2026. Saat 18:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov
Dördüncü hakim: Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Nicat Əliyev, 51 (qeyri-idman hərəkəti); Nuğay Rəşidov, 116 (qeyri-idman hərəkəti) // Stiv Solvet, 57 (qeyri-idman hərəkəti); İqor Noqeyra, 61 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Adriel Ba Loua, 48 (ciddi qayda pozuntusu)
Qollar: İsmael Akinade, 88, 90; Nuğay Rəşidov, 114 // Timoteuş Puxaç, 31, 62; Coy Lens Mikels, 105
Penaltilər seriyası: Xayme Syerra (1:0); Murad Musayev (1:1); Domi Massumo (2:2); Fərid İsgəndərov (2:3) // Coy Lens Mikels (1:1); Timoteuş Puxaç (1:2); Aleksey İsayev (2:3); Kahim Parris (2:4)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.
Əlavə vaxta artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
“Qəbələ” növbəti oyununu keçirib.
Komandamız Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçına çıxıb. “Qırmızı-qaralar” öz meydanında “Sabah”ı qəbul edib.
İlk görüşdə qolsuz heç-heçə edən komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəlib. Matç qarşılıqlı hücumlarla başlayıb.
İlk yarının ortalarında qonaqlar hesabı açıb. İkinci hissənin əvvəlində Adriel Ba Loua qırmızı vərəqə alıb. Say üstünlüyü qazanan də rəqib fərqi iki topa çatdırıb.
Sonadək mübarizə aparan “Qəbələ” azlıqda qalsa da, matçın sonlarında hesabı bərabərləşdirib. İsmael Akinade üç dəqiqəyə iki qol vurub – 2:2.
Yarımfinalçının adına əlavə vaxt da aydınlıq gətirməyib. “Sabah” yenidən hesabda önə keçsə də, əzmkarlıq nümayiş etdirən “qırmızı-qaralar” Nuğay Rəşidovun qolu ilə hesaba tarazlıq gətirib – 3:3.
Qalib penaltilər seriyasında müəyyənləşib. Paytaxt təmsilçisi bu zərbələri daha dəqiq yerinə yetirib – 4:2.
Qeyd edək ki, komandamız növbəti oyununu Misli Premyer Liqasının XXIII turunda keçirəcək. “Sabah” – “Qəbələ” matçı martın 10-da “Bank Respublika Arena”da baş tutacaq qarşılaşma saat 19:15-də başlayacaq.
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
7. Turan Manafov
(66. Nuğay Rəşidov, 60)
13. Nicat Əliyev
(27. Eşqin Əhmədov, 60)
10. Şahin Şahniyarov
(14. Domi Massumo, 60)
24. İsmael Akinade
(70. Paulo Quimbila, 95)
33. Seydina Keyta
(3. Eduardo Kunde, 76)
50. Adriel Ba Loua
6. Xayme Syerra
16. İsaak Amoah
30. Prins Ovusu
(22. Fərid İsgəndərov, 75)
Ehtiyat oyunçular:
93. Rza Cəfərov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
12. İbrahim Sanqare
Baş məşqçi: Kaxaber Tsxadadze
“Sabah”
92. Stas Pokatilov (k)
6. Abdulax Xaybulaev
21. Velko Simiç
(10. Aleksey İsayev, 107)
40. İqor Noqeyra
(5. Rəhman Daşdəmirov, 69)
80. Akim Zedadka
(2. Amin Seydiyev, 79)
3. Stiv Solvet
70. Cesse Sekidika
(17. Tellur Mütəllimov, 86)
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
(22. Zinedin Uld Xaled, 79)
11. Kahim Parris
83. Stefan Ende
(20. Coy Lens Mikels, 69)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
89. Cəfər Muxtarov
7. Umarali Raxmonaliyev
53. Andrey Santos
19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas