Qəbələdə atıcılıq üzrə növbəti Qran-Pri yarışı
Atıcılıq / 2 May 2016 | 11:151373
Qəbələdə atıcılıq üzrə növbəti Qran-Pri yarışı

Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycanda atıcılıq növü üzrə idmanın inkişafına yönəlmiş tədbirlər sırasındandır.
“Qəbələ” Atıcılıq Klubu tərəfindən təşkil olunan sözügedən turnir bölgələrdə idmanın inkişafını nəzərdə tutan prioritet tədbirlərdəndir. Təməli 2012-ci ildə qoyulan atıcılıq klubumuzun təşkilatçılığı ilə keçirilən Qran-Pri yarışlarının ilki 2014-cü ildə, ikincisi isə 2015-ci ildə baş tutmuşdur. Artıq ənənəyə çevrilən növbəti Qran-Pri 6-16 may 2016-cı il tarixində keçiriləcəkdir. Turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya və Qətəri təmsil edən 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.