“Qəbələ” – “Qarabağ” – 0:1
9 oktyabr 2022. Saat 17:00. Qəbələ şəhər stadionu, 1600 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Müslüm Əliyev
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Feras Abu Akal, 68 (qeyri-idman hərəkəti) // Musa Qurbanlı, 76 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: İlkin Qırtımov, 43 (ciddi qayda pozuntusu)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Elmar Baxşıyev, fasilədə (hakimin qərarına etiraz); Rasim Ramaldanov (“Qəbələ”), fasilədə (hakimin qərarına etiraz)
Qol: Filip Ozobiç, 58
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
Misli Premyer Liqasında IX turun son oyun gününə start verilib. “Qəbələ” I dövrədəki son matçında “Qarabağ”la qarşılaşıb. “Qırmızı-qaralar” ev görüşünə ötən turla müqayisədə iki dəyişikliklə başlayıb. Rövlan Muradov və Omar Hani ilk dəqiqələrdən meydana çıxıb. Onlar start “11-lik”də Asif Məmmədovla Ramon Maçadonu əvəzləyib.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda rəqib qapısına həmlələr təşkil etsə də, real qol epizodları yaranmayıb. Çempionatın lideri üstünlüyü ələ almağa çalışsa da, meydanın mərkəzində rəqibi qarşılayan “qırmızı-qaralar” bir neçə yaddaqalan əks-hücum təşkil etməyə müyəssər olub. “Qarabağ” hissənin sonlarında təzyiqi artırıb. “Qırmızı-qaralar” müdafiədə etibarlı oyunu ilə diqqət çəkib. Fasilə ərəfəsində İlkin Qırtımovun qırmızı vərəqə almasından sonra qonaqlar say üstünlüyü də qazanıb.
Fasilədən sonra ağdamlılar bu üstünlükdən yararlanıb. Təşəbbüsü ələ alan qonaqların hücumları müdafiəçilərimiz tərəfindən inamla alınsa da, epizodların biri həlledici olub. Bu imkandan yararlanan Filip Ozobiç “Qarabağ”a minimalhesablı qələbə qazandırıb. “Qəbələ” əks-hücumlar qurmağa çalışsa da, bu, hesabı dəyişmək üçün yetərli olmayıb. Komandamız ən real qol imkanını son saniyələrdə əldə edib. Qapı önündəki qarışıqlıqda ardıcıl zərbələr vuran futbolçularımız çərçivəyə düşə bilməyib. Emil Səfərovun yaxın məsafədən baş zərbəsi qapıçıya tuş gəlib. Beləliklə, Qəbələ şəhər stadionundakı bir top matçın taleyini həll edib.
“Qəbələ”
1. Səlahət Ağayev
2. İlkin Qırtımov
27. Məqsəd İsayev
28. Murad Musayev (k)
7. Rövlan Muradov
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
97. Felipe Santos
(77. Emil Səfərov, 79)
6. Feras Abu Akal
10. Omar Hani
(14. Ülvi İsgəndərov, 69)
Ehtiyat oyunçular:
13. Kristof Atanqana
36. Elməddin Sultanov
11. Asif Məmmədov
33. Hüseyn Mürsəlov
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
91. Ramon Maçado
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”
23. Luka Quqeşaşvili
5. Maksim Medvedev (k)
19. Filip Ozobiç
(11. Kvabena Ovusu, 75)
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
(20. Kadi Borqes, 60)
27. Toral Bayramov
22. Musa Qurbanlı
81. Kevin Medina
8. Marko Yankoviç
(10. Abdullah Zubir, 60)
6. Julio Romao
(2. Qara Qarayev, 75)
15. Leandro Andrade
(18. İsmayıl İbrahimli, 27)
Ehtiyat oyunçular:
1. Şahruddin Məhəmmədəliyev
89. Amin Ramazanov
4. Rahil Məmmədov
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
90. Nəriman Axundzadə
29. Marko Veşoviç
Baş məşqçi: Qurban Qurbanov