“Qəbələ” – “Səbail” – 0:1
7 oktyabr 2023. Saat 16:00. Qəbələ şəhər stadionu, 700 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Teymur Teymurov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sarı vərəqələr: Emil Səfərov, 70 (qeyri-idman hərəkəti); Ahmed Ayzaya, 80 (qeyri-idman hərəkəti) // Süleyman Əhmədov, 31 (qeyri-idman hərəkəti)
Qol: Rüfət Abdullazadə, 90+5
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.
“Qəbələ” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Qırmızı-qaralar” IX turun ikinci günündə “Səbail”lə qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri I dövrədəki son matçına evdə çıxıb.
Komandamız Qəbələ şəhər stadionundakı görüşə ötən turun “Kəpəz”lə qarşılaşmada olduğu start heyəti ilə başlayıb. “Qırmızı-qaralar” ilk dəqiqələrdən fəallıq göstərib. Təşəbbüsü ələ alan komandamız ardıcıl hücumlar qurub. Ahmad Ayzaya və Zurab Oçiqavanın zərbələri təhlükəli alınsa da, dəqiq olmayıb. Çoxsaylı hücumların birində qapı tiri, birində dirək hesabın açılmasına imkan verməyib. Qonaqların həmlələri isə müdafiə xətti tərəfindən kəsilib. Fasilə ərəfəsində Bilel Auaşeriya və Omar Hani qapını nişan alsa da, çərçivəyə düşməyib.
İkinci yarı qarşılıqlı hücumlarla başlayıb. Hissənin əvvəlində Omar Hani ardıcıl iki epizodda hücumu zərbə ilə tamamlasa da, hesab dəyişməz qalıb. Zədələnən Zurab Oçiqava oyunu davam etdirə bilmədiyi üçün əvəzlənib. Tezliklə üstünlüyü ələ alan “qırmızı-qaralar” rəqib qapısına təzyiqi artırıb. Ardıcıl hücumlar çoxsaylı zərbələrlə tamamlansa da, komandamız istəyinə çatmaqda çətinlik çəkib. Lukas Afriko və Rauf Hüseynli cərimə meydanı daxilindən topa istənilən toxunuşu edə bilməyib. Osama Xalayla və Əyyub Allaşın fəallığı da yetərli alınmayıb. Oyuna sonradan fəal daxil olan Samuel Tette cərimə meydanından uzaq küncü dəqiq nişan ala bilməyib. Oyunun sonlarını da hücumda keçirən “Qəbələ” qol axtarışlarını davam etdirib. Əyyub Allaşın qapıçı meydanından göndərdiyi top dirəyin yanından ötübsə, Ahmad Ayzayanın zərbəsini rəqib qapıçı zərərsizləşdirib. Matçın sonlarında fəallığı artıran qonaqların hücumlarından biri qolla nəticələnib. Son saniyələrdə fərqlənən Bakı klubu görüşdə 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, “Qəbələ” I dövrənin son matçından xalsız ayrılıb.
“Qəbələ”
1. Rəşad Əzizli
2. İlkin Qırtımov (k)
5. Rauf Hüseynli
7. Emil Səfərov
20. Bilel Auaşeriya
(17. Yaovi Akakpo, 87)
4. Lukas Afriko
3. Zurab Oçiqava
(28. Murad Musayev, 57)
99. Ahmed Ayzaya
9. Əyyub Allaş
(18. Mehrac Baxşalı, 87)
72. Osama Xalayla
(19. Samuel Tetteh, 70)
10. Omar Hani
(14. Ülvi İsgəndərov, 70)
Ehtiyat oyunçular:
36. Elməddin Sultanov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
34. Urfan Abbasov
12. Nicat Əliyev
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”
1. Səlahət Ağayev
6. Cabir Əmirli (k)
74. Yusif Nəbiyev
18. Süleyman Əhmədov
(10. Ağabala Ramazanov, 75)
88. Valdemar Almeyda
(8. Bahadur Həziyev, 61)
4. Adi Mehremiç
99. David Qomis
(11. Rüfət Abdullazadə, 87)
90. Aleksandr Ramalinqom
55. Nir Bardea
21. Anas Najah
(19. Samir Abdullayev, 87)
44. Yadin Luqasi
Ehtiyat oyunçular:
12. Hüseynəli Quliyev
9. Amil Yunanov
5. Adil Nağıyev
17. Rafael Məhərrəmli
3. Silvayin Deslandes
Baş məşqçi: Şahin Diniyev