Qəbələdə dörd qol
Xəbərlər / 5 Mart 2023 | 19:291537
Qəbələdə dörd qol

“Qəbələ” – “Qarabağ” – 1:3

5 mart 2023. Saat 17:00. Qəbələ şəhər stadionu, 1200 tamaşaçı

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Teymur Teymurov

Dördüncü hakim: Namiq Bəkirov

VAR: Rəşad Əhmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Məqsəd İsayev, 37 (qeyri-idman hərəkəti); İsnik Alimi, 42 (qeyri-idman hərəkəti) // Riçard Almeyda, 22 (qeyri-idman hərəkəti); Julio Romao, 31 (qeyri-idman hərəkəti); Bəhlul Mustafazadə, 81 (qeyri-idman hərəkəti); Kevin Medina, 90+4 (qeyri-idman hərəkəti)

Qollar: İsnik Alimi, 31 // Ramil Şeydayev, 38 (p.), 68 (p.); Musa Qurbanlı, 56

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

Misli Premyer Liqasında XXV turun son oyun gününə start verilib. “Qəbələ” ev matçına çıxıb. “Qırmızı-qaralar” “Qarabağ”ı qəbul edib.

Elmar Baxşıyev “Səbail”lə matçla müqayisədə heyətdə 3 dəyişiklik edib. Asif Məmmədov, Ülvi İsgəndərov və Ruan Renatonun əvəzinə start “11-lik”də Feras Abu Akal, Urfan Abbasov, İsnik Alimi yer alıb.

Görüş qonaqların hücumları ilə başlayıb. İlk dəqiqələrdə ağdamlıların qapıya zərbəsini Səlahət Ağayev dəf edib. “Qırmızı-qaralar”ın buna cavabı gecikməyib. Qısa müddətdə oyunu bərabərləşdirməyi bacaran komandamız təhlükəli hücumlar da qurmağı bacarıb. Emil Səfərovun endirdiyi zərbə yaddaqalan olub. Hesab 31-ci dəqiqədə açılıb. Künc zərbəsindən sonra top İsnik Alimi qarşısına düşüb. Şimali Makedoniyalı futbolçu qüvvətli zərbə ilə mövsümdə 7-ci qolunu vurub. Qonaqlar buraxılan topdan sonra dərhal irəli atılıb. Məqsəd İsayev cərimə meydançasında irəliləyən Elvin Cəfərquliyevi qayda pozuntusu ilə dayandırıb. “Qəbələ”nin qapısına təyin olunan penaltini Ramil Şeydayev dəqiq yerinə yetirib – 1:1. Hissənin sonlarında Rafael Utziqin zərbəsi təhlükəli alınıb. Lakin o, çərçivəyə düşə bilməyib. 

İkinci yarıya “qırmızı-qaralar” fəal başlayıb. Lakin qonaqlar əks-hücumlarda təhlükəli olub. Bunlardan birində Musa Qurbanlı komandasını hesabda önə çıxarıb. Qoldan sonra “Qəbələ” ön xətdə daha yaddaqalan olub. Feras Abu Akalın zərbəsini qolkiper küncə çıxarıb. Ağdamlılar hissənin ortalarında daha bir penalti qazanıb. Ramil Şeydayev Səlahət Ağayevlə ikinci dueldən də qalib ayrılıb. Hesabda 2 top geriyə düşən “qırmızı-qaralar” hücuma atılıb. Rövlan Muradovun ötürməsini qapayan Ramon Maçado topu qapının üstündən vurub. Beləliklə, “Qəbələ” son çempionla matçdan xalsız ayrılıb – 1:3.

 

“Qəbələ”

1. Səlahət Ağayev

2. İlkin Qırtımov

34. Urfan Abbasov (k)

27. Məqsəd İsayev

28. Murad Musayev

77. Emil Səfərov

(9. Əyyub Allaş, 67)

91. Ramon Maçado

(10. Omar Hani, 85)

5. İsnik Alimi

23. Rafael Utziq

(14. Ülvi İsgəndərov, 72)

97. Felipe Santos

(7. Rövlan Muradov, 67)

6. Feras Abu Akal

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

11. Asif Məmmədov

33. Hüseyn Mürsəlov

17. Yaovi Akakpo

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Qarabağ”

23. Luka Quqeşaşvili

20. Riçard Almeyda (k)

(2. Qara Qarayev, 63)

77. Ramil Şeydayev

(27. Toral Bayramov, 89)

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

9. Musa Qurbanlı

(99. Redon Cica, 86)

29. Marko Veşoviç

10. Abdullah Zubir

81. Kevin Medina

6. Julio Romao

(18. İsmayıl İbrahimli, 89)

15. Leandro Andrade

(19. Filip Ozobiç, 63)

 

Ehtiyat oyunçular:

 

89. Amin Ramazanov

94. Ayhan Arazlı

5. Maksim Medvedev

90. Nəriman Axundzadə

 

Baş məşqçi: Qurban Qurbanov