Qəbələdə ətraf mühitin mühafizəsi ilə bağlı tədbir
Xəbərlər / 27 Mart 2025 | 10:17770
Qəbələdə ətraf mühitin mühafizəsi ilə bağlı tədbir

“Qəbələ” Futbol Akademiyasında növbəti tədbir təşkil olunub.

 

Bu tədbir futbolda Sosial Məsuliyyətin meyarlarından biri olan ətraf mühitin mühafizəsinə həsr edilib. Bura akademiyamızın U-19 və U-17 komandalarının futbolçu və məşqçi heyəti qatılıb.

 

Öncə iştirakçılara ətraf mühitin mühafizəsi barədə qısa zəruri məlumatlar verilib, bu istiqamətdə görülməli işlərdən danışılıb. Ardınca akademiyamızın üzvləri ətraf mühitin təmizlənməsi işləri aparıblar. Tədbir Qəbələ şəhər stadionunun ətrafındakı çöllük ərazilərdə keçirilib.