Qəbələdə heç-heçə
Xəbərlər / 22 Oktyabr 2022 | 18:291135
Qəbələdə heç-heçə

“Qəbələ” – “Kəpəz” – 1:1

22 oktyabr 2022. Saat 16:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı

Baş hakim: Rəşad Əhmədov

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Kamran Bayramov

Dördüncü hakim: Əli Əliyev

VAR: Vüqar Həsənli

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Sarı vərəqələr: Ramon Maçado, 16 (qeyri-idman hərəkəti) // Yeqor Xvalko, 20 (qeyri-idman hərəkəti)

Qollar: İsnik Alimi, 20 // Fərid Nəbiyev, 61

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

 

Misli Premyer Liqasında XI turun ikinci oyun gününə start verilib. “Qəbələ” öz meydanında “Kəpəz”i qəbul edib. “Qırmızı-qaralar” matça ötən turla müqayisədə bir dəyişikliklə başlayıb. Omar Hani ilk dəqiqələrdən meydana çıxıb. O, start heyətində Feras Abu Akalı əvəzləyib.

Görüşə fəal başlayan “Qəbələ” üstünlüyü ələ almağa çalışıb. Amma “qırmızı-qaralar” qol epizodları yaratmaqda çətinlik çəkib. Oyunun əvvəlində Asif Məmmədov zədələnsə də, qarşılaşmanı davam etdirə bilib. Qarşılıqlı hücumlarla davam edən matçda hesabı İsnik Alimi açıb. O, cərimə zərbəsindən rəqib qapısına yol tapıb. Qonaqlarda fasiləyədək fərqlənməyə yaxın olub. Amma Səlahət Ağayev onunla üz-üzə qalan rəqibə qol vurmaq imkanı verməyib. Hissənin sonlarında Ramon Maçado əlverişli imkanı boşa verib.

Fasilədən sonra “Qəbələ” ardıcıl bir neçə qol imkanı yaradıb. Omar Hanı qapıçı ilə təkbətəkdən yararlana bilməyibsə, Ruan Renatonun baş zərbəsindən sonra top çərçivəyə düşməyib. Rəqibin hücumlarının qarşısını alan müdafiəçilərimiz 61-ci dəqiqədə Fərid Nəbiyevin fərqlənməsinə mane ola bilməyib. Hesabda tarazlıq yarandıqdan sonra hər iki komanda təhlükəli hücumlar təşkil edib. Ancaq yaddaqalan epizodların heç birində hesab dəyişməyib. Beləliklə, “Qəbələ” ardıcıl ikinci dəfə meydandan qollu heç-heçə ilə ayrılıb – 1:1.

 

“Qəbələ”

1. Səlahət Ağayev

11. Asif Məmmədov (k)

(8. Andrey Strijak, 85)

27. Məqsəd İsayev

28. Murad Musayev

7. Rövlan Muradov

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

23. Rafael Utziq

97. Felipe Santos

(14. Ülvi İsgəndərov, 73)

10. Omar Hani

(77. Emil Səfərov, 65)

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

34. Urfan Abbasov

33. Hüseyn Mürsəlov

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Kəpəz”

68. Orxan Sadıqlı

8. Tural Axundov (k)

80. Tural Rzayev

(70. Nicat Süleymanov, 46)

74. Yusif Nəbiyev

14. Elçin Əlicanov

37. Ruslan Süleymanov

(77. Fərid Nəbiyev, 41)

40. Ahmed Ayzaya

9. Mate Kvirkviya

(24. Mixeil Erqemlidze, 82)

78. Yeqor Xvalko

7. Giorgi Kantariya

19. Abdullahi Şuaybu

 

Ehtiyat oyunçular:

 

12. Kamran İbrahimov

1. Müşviq Nadirov

32. Elvin Yunuszadə

44. Nihat Fərəci

 

Baş məşqçi: Tərlan Əhmədov