Qəbələdə iki qol
Xəbərlər / 25 İyul 2019 | 21:34342
Qəbələdə iki qol

“Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan) – 0:2

UEFA Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyun

25 iyul 2019. Saat 19:00. Qəbələ şəhər stadionu

Baş hakim: Nikolas Uolş

Baş hakimin köməkçiləri: Alan Malvanni, Cordan Stokoe

Dördüncü hakim: Qavin Dunkan (hamısı Şotlandiya)

Hakim-inspektor: Quy Qoetals (Belçika)

UEFA nümayəndəsi: Mixalis Mitas (Kipr)

Sarı vərəqələr: Fernan Lopez, 5, Klesio Bauk, 6, Merab Qiqauri, 39, Rasim Ramaldanov, 45+2, Davit Volkov, 58, Kristian Kouakou, 90+1 // Nodar Kavtaradze, 45+2, Levan Şengeliya, 60, Levan Kutalya, 62, Georgi Papava, 68, Bakar Kardava, 74

Qollar: Levan Kutalya, 41, Arpanq Daffe, 87

Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 5 dəq.

 

Bu gün “Qəbələ” 2019/20 mövsümünə start verib. Yeni mövsümdə ilk oyununu keçirən “qırmızı-qaralar” UEFA Avropa Liqasına mübarizəyə başlayıb. Yarışa II təsnifat mərhələsindən start verən komandamız Gürcüstanın ən titullu klubu “Dinamo” ilə üz-üzə gəlib. Tbilisi klubunu Qəbələ şəhər stadionunda qəbul edən Sənan Qurbanovun yetirmələri mərhələ adlamaq üçün münasib nəticə əldə etməyə çalışıblar.

Matç qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdən daha fəal təsir bağışlayan “Qəbələ” ardıcıl bir neçə təhlükəli vəziyyət yaradıb. Birinci hissədə Klesio Baukun fəallığı qapı istiqamətindəki zərbələri ilə nəticələnib. Lakin bir neçə dəfə qapını nişan alan legioner hesabı aça bilməyib. Yusif Nəbiyevin hava ötürməsini başla tamamlayan İvitsa Juniç də çərçivəyə düşə bilməyib. Səfərdə müdafiə olunmaq istəməyən qonaqların da həmlələri təhlükəli alınıb. Levan Kutalyanın ilk cəhdindən Anar Nəzirov yaxın məsafədən zərbəni dəf edə bilib. Bir neçə dəqiqə sonra isə gürcüstanlı hesabı açmağa müvəffəq olub.

Fasilədən sonra da görüşün ssenarisi dəyişməyib. Hər iki komandanın hücumları ilə keçən matçda qapıçıların inamlı oyunu diqqət çəkib. Nəzirov “qırmızı-qaralar”ı bir neçə dəfə qoldan xilas edə bilib. Ülvi İsgəndərovla Davit Volkovun rəqib qapısına göndərdiyi zərbələr də yaddaqalan, lakin qeyri-dəqiq olub. Matçın sonlarında fəallığı artıran qonaqlar hakimin final fitinə üç dəqiqə qalmış ikinci qolu vurublar. Arpanq Daffe 87-ci dəqiqədə Anarın qoruduğu qapıya yol tapıb.

Xatırladaq ki, cavab oyunu avqustun 1-də Tbilisidəki Boris Payçadze adına stadionda keçiriləcək.

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

2. Amin Seydiyev

3. İvitsa Juniç

5. Rasim Ramaldanov

8. Qismət Alıyev

(11. Asif Məmmədov, 84)

9. Davit Volkov

(19. Rövlan Muradov, 61)

10. Klesio Bauk

14. Ülvi İsgəndərov

(13. Kristian Kouakou, 77)

21. Fernan Lopez

74. Yusif Nəbiyev

77. Merab Qiqauri 

Ehtiyat oyunçular: 

94. Tərlan Əhmədli

4. Sadiq Quliyev

7. Roman Hüseynov

28. Murad Musayev

Baş məşqçi: Zaur Həşimov

 

“Dinamo”

1. Xose Perales

3. Viktor Monxil

5. Davit Kobouri

8. Georgi Kuxianidze

(6. Bakar Kardava, 65)

10. Levan Şengeliya (k)

(9. Kvame Karikari, 86)

15. Georgi Papava

16. Georgi Kimadze

19. Levan Kutalya

24. Nodar İaşvili

32. Nika Ninua

38. Nodar Kavtaradze

(14. Arpanq Daffe, 74)

Ehtiyat oyunçular: 

12. Sergey Litovçenko

2. Quca Ruxaia

7. Georgi Zarya

11. Akaki Şulaya

Baş məşqçi: Feliks Visente Miranda