Qəbələdə iki qol
Xəbərlər / 17 Avqust 2019 | 21:50266
Qəbələdə iki qol

“Qəbələ” – “Sumqayıt” – 0:2

17 avqust 2019. Saat 19:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Müslüm Əliyev

Dördüncü hakim: Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqə: Asif Məmmədov, 26 (hakimin qərarına etiraz), 84 (qeyri-idman hərəkəti); Merab Qiqauri, 54 (qeyri-idman hərəkəti), Rasim Ramaldanov, 84 (qeyri-idman hərəkəti); Sadiq Quliyev, 90 (hakimin qərarına etiraz) // Peyman Babayi, 40 (tələb olunan məsafəyə riayət edilməməsi); Əmir Ağayev, 60 (qeyri-idman hərəkəti); Mehdi Şərifi, 70 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 84 (qeyri-idman hərəkəti); Mehdi Cənnətov, 86 (oyunun bərpasını ləngitdiyinə görə)

Qırmızı vərəqə: Asif Məmmədov, 84

Qollar: Mehdi Şərifi, 13, 26

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

“Qəbələ” Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə start verib. “Qırmızı-qaralar” ilk turun ikinci oyun günündə meydana çıxıblar. Komandamız Qəbələ şəhər stadionunda “Sumqayıt”ı qəbul edib. Sənan Qurbanov UEFA Avropa Liqasının “Dinamo” ilə Tbilisidəki oyunu ilə müqayisədə heyətdə iki dəyişikliyə ehtiyac duyub. Kristian Kouakou və İvitsa Juniç “11-lik”dən kənar qalıbsa, Roman Hüseynovla Sadiq Quliyev ilk dəqiqələrdən meydana çıxıb.

Görüş qarşılıqlı hücumlarla başlayıb. İlk təhlükəli epizod rəqibin qapısı önündə yaranıb. Lakin cinah ötürməsindən yararlanan Sadiq Quliyevin baş zərbəsindən sonra top çərçivənin üstündən keçib. Hücumları daha kəsərli alınan “Sumqayıt” 12-ci dəqiqədə hesabı açıb. Matçdakı ilk qolu vuran Mehdi Şərifi az sonra dublunu da rəsmiləşdirib. Oyunun axarını dəyişməyə çalışan Sənan Qurbanov artıq ilk yarıda dəyişikliyə əl atıb. Ülvi İsgəndərovun meydana daxil olmasından sonra “Qəbələ”nin hücumlarının kəsəri xeyli artıb. Öncə Merab Qiqaurinin zərbəsi yaddaqalan, amma qeyri-dəqiq olub. Klesio Baukun ötürməsindən sonra Davit Volkovun təhlükəli baş zərbəsi isə dirəkdən dönüb. Bir epizodda isə Amin Seydiyev qapını nişan almağa cəhd edib.

İkinci hissəyə daha fəal başlayan “qırmızı-qaralar” ardıcıl hücumlar təşkil edib. Gürcüstanlı legionerlər Merab Qiqauri və Davit Volkov ön xətdə daha fəal təsir bağışlayıblar. Onlar hərəyə bir neçə təhlükəli zərbə ilə diqqət mərkəzinə düşüblər. Merabın epizodların birində rəqib qapısından keçirdiyi top isə hakim tərəfindən qeydə alınmayıb. Asif Məmmədovla Klesio Bauk da rəqib qapısına həmlələrə kömək etsələr də, bu hücumlar qolla nəticələnməyib Görüşün sonu uğursuz alınıb. Öncə kapitan Anar Nəzirov zədə səbəbindən əvəzlənməli olub, ardınca ikinci sarı vərəqə alan Asif komandamızı azlıqda qoyub.

Beləliklə, “Qəbələ” Premyer Liqanın yeni mövsümünə 0:2 hesablı məğlubiyyətlə başlayıb.

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

(94. Tərlan Əhmədli, 78)

11. Asif Məmmədov

8. Qismət Alıyev

5. Rasim Ramaldanov

7. Roman Hüseynov

(14. Ülvi İsgəndərov, 32)

4. Sadiq Quliyev

99. Davit Volkov

21. Fernan Fereyra Lopez

77. Merab Qiqauri

10. David Klesio Bauk

2. Amin Seydiyev

 

Ehtiyat oyunçular:

 

6. Kamal Mirzəyev

28. Murad Musayev

19. Rövlan Muradov

20. Faiq Hacıyev 

22. Rüstəm Nuriyev

15. Vüsal Məsimov

55. İdris İnqilablı

 

Baş məşqçi: Zaur Həşimov

 

“Sumqayıt”

1. Mehdi Cənnətov  

22. Sərtan Taşqın

3. Vurğun Hüseynov (k)

6. Vüqar Mustafayev 

(28. Səbuhi Abdullazadə, 86)

4. Şəhriyar Əliyev

14. Elvin Bədəlov

10. Əmir Ağayev

8. Peyman Babayi

70. Mehdi Şərifi

(9. Amil Yunanov, 73)

17. Murad Xaçayev

44. Elvin Cəfərquliyev 

(18. Süleyman Əhmədov, 67)

 

Ehtiyat oyunçular:

 

13. Aydın Bayramov

2. Rail Məlikov

11. Elgün Nəbiyev

97. Xəyal Nəcəfov

7. Ehtiram Şahverdiyev

25. Baxşəli Baxşəliyev

20. Rüfət Abdullazadə 

 

Baş məşqçi: Ayxan Abbasov