“Qəbələ” - “Qarabağ” – 0:2
24 aprel 2022. Saat 17:30. Qəbələ şəhər stadionu, 1050 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Rəhman İmami
Dördüncü hakim: Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: İsnik Alimi, 7 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 12 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 90+3 (qeyri-idman hərəkəti)
Qollar: Vadji İbrahima, 6, 14
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilir. Eyni gündə keçiriləcək turun ilk matçı Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ” çempionatın lideri “Qarabağ”ı qəbul edib.
Ötən turun “Sumqayıt”la görüşü ilə müqayisədə “qırmızı-qaralar”ın start heyətində 4 dəyişiklik olub. Kristof Atanqana, Asif Məmmədov, Ülvi İsgəndərov və Emil Səfərov ilk dəqiqələrdən meydana çıxıb. Onlar Nicat Mehbalıyev, Rafael Utziq, Omar Hani və Patrik Robsonu əvəzləyib. Baş məşqçi Elmar Baxşıyevin cəzalı olduğu üzündən komandanı meydana Xaqani Məmmədov çıxarıb.
Görüşün taleyi matçın əvvəlində həll olunub. Qarşılaşmaya fəal başlayan qonaqlar 6-cı dəqiqədə Vadji İbrahimanın qolu ilə hesabda önə keçib. 8 dəqiqə sonra dublunu rəsmiləşdirən hücumçu “Qarabağ”ın üstünlüyünü iki topa çatdırıb. Buraxılan qollardan sonra “Qəbələ” futbolçuları oyunda dönüş yaratmağa çalışıb. Lakin ağdamlılar təşəbbüsü əldən verməyib. Hesabın artmasına bir neçə dəfə inamlı çıxış edən Kristof Atanqana mane olub. “Qırmızı-qaralar” bir neçə təhlükəli hücum qursa da, bu, hesabın dəyişməsi üçün yetməyib.
Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. Qonaqlar topa daha çox nəzarət edib. Müdafiə xəttinin etibarlı oyunu və Atanqanın seyvləri hesabın artmasına imkan verməyib. “Qırmızı-qaralar” rəqib qapısı önündə yaddaqalan hücumlar təşkil etməyi bacarıb. Lakin fərqi minimuma endirmək mümkün olmayıb. Beləliklə, “Qəbələ” “Qarabağ”la ev matçında 0:2 hesabı ilə uduzub.
“Qəbələ”
1. Kristof Atanqana
19. Rövlan Muradov
(24. Patrik Robson, 61)
11. Asif Məmmədov (k)
28. Murad Musayev
14. Ülvi İsgəndərov
27. Məqsəd İsayev
34. Urfan Abbasov
8. Stefan Vukçeviç
(7. Ehtiram Şahverdiyev, 78)
5. İsnik Alimi
4. Ruan Renato
77. Emil Səfərov
(12. Rüfət Əhmədov, 87)
Ehtiyat oyunçular:
94. Nicat Mehbalıyev
36. Elməddin Sultanov
6. Kamal Mirzəyev
2. Samet Karakoç
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
Məşqçi: Xaqani Məmmədov
“Qarabağ”
1. Şahruddin Məhəmmədəliyev
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
19. Filip Ozobiç
(15. Leandro Andrade, 66)
10. Abdullah Zubir
81. Kevin Medina
6. Patrik Andrade
29. Marko Veşoviç
20. Kadi Borqes
(7. Riçard Almeyda, 81)
25. Vadji İbrahima
(77. Ramil Şeydayev, 66)
44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular:
23. Luka Quqeşaşvili
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
18. İsmayıl İbrahimli
13. Bəhlul Mustafazadə
11. Xayme Romero
97. Rüstəm Əhmədzadə
27. Toral Bayramov
22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov