Qəbələdə iki qol
Xəbərlər / 5 Noyabr 2023 | 18:011760
Qəbələdə iki qol

“Qəbələ” – “Neftçi” – 0:2

5 noyabr 2023. Saat 16:00. Qəbələ şəhər stadionu, 850 tamaşaçı

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Şirmamed Mamedov

Dördüncü hakim: Nicat İsmayıllı

VAR: Rəşad Əhmədov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Sarı vərəqələr: Rauf Hüseynli, 23 (qeyri-idman hərəkəti); Gilad Abramov, 52 (qeyri-idman hərəkəti); Lukas Afriko, 56 (qeyri-idman hərəkəti); Əyyub Allaş, 69 (qeyri-idman hərəkəti) // Höccət Haqverdi, 12 (qeyri-idman hərəkəti); Reziuan Mirzov, 16 (hakimin qərarına etiraz); Mark Tamaş, 36 (qeyri-idman hərəkəti); İvan Brkiç, 90+2 (oyunun bərpasının ləngidilməsi)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Babək Xuduyev (“Neftçi”) 49 (icazəsiz oyun meydançasına daxil olduğuna görə)

Qollar: Dieqo Valdez, 60; Rəhman Hacıyev, 90+4

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

Misli Premyer Liqasında XII turun son oyun gününə start verilib. “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edib. “Qırmızı-qaralar” Qəbələ şəhər stadionundakı matça ötən turla müqayisədə iki dəyişikliklə çıxıb.

Baş məşqçi Elmar Baxşıyev start heyətində İlkin Qırtımovla Osama Xalaylaya şans verib. Onlar “11-lik”də Zurab Oçiqava və Samuel Tettehi əvəzləyiblər.

 

Görüş qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda ərazi üstünlüyü üçün mübarizə apararaq topa nəzarəti ələ almağa çalışıb. Lakin ilk 45 dəqiqədə qapılar önündə real qol vəziyyətləri çox olmayıb. Oyunun əvvəlində Rauf Hüseynli və Omar Haninin zərbələri yaddaqalan alınsa da, hesab dəyişməyib. Qonaqların hücumlarının qarşısını müdafiə xəttimiz alıb. Bir neçə dəfə Rəşad Əzizli inamlı oynayıb. Fasilə öncəsi “Qəbələ” hesabı açmağa yaxın olub. Sağ cinahda fəal olan Bilel Auaşeriyanın ardıcıl ötürmələrindən sonra Omar Hani iki dəfə qapını nişan alıb. Rəqib qolkiper topu kornerə çıxarmağı bacarıb.

 

İkinci hissəyə qonaqlar fəal başlayıb. Fasilədən sonra Rəşad Əzizli qısa müddətdə iki “seyv” edib. Bu hücumlar Bakı klubunun hesabı açması ilə nəticələnib. Dieqo Valdez hesabı açıb – 0:1. Buraxılan qoldan sonra komandamız oyunda dönüş yaratmağa çalışsa da, azarkeşlər qarşılıqlı hücumlar izləyiblər. Belə həmlələrin biri Lukas Afrikonun yaxın məsafədən baş zərbəsi ilə yekunlaşıb. Lakin müdafiəçiyə dəqiqlik çatmayıb. Elmar Baxşıyev əvəzetmələrlə oyunun axarını dəyişməyə çalışsa da, bu, bəhrəsini verməyib. Komandamız fəallığı artırsa da, qonaqların müdafiə xəttini yarmaq mümkün olmayıb. Matçın sonlarında Lukas Afriko və Bilel Auaşeriyanın qüvvətli zərbələrindən sonra top çərçivəyə düşməyib. Bakılılar isə uzatma dəqiqələrində Rəhman Hacıyevin qolu ilə fərqi artırıblar. Beləliklə, “qırmızı-qaralar” ev oyununda məğlub olub – 0:2.

 

“Qəbələ”

1. Rəşad Əzizli

2. İlkin Qırtımov

34. Urfan Abbasov (k)

14. Ülvi İsgəndərov

(19. Samuel Tetteh, 63)

5. Rauf Hüseynli

(3. Zurab Oçiqava, 80)

20. Bilel Auaşeriya

4. Lukas Afriko

9. Əyyub Allaş

(99. Ahmed Ayzaya, 74)

72. Osama Xalayla

(18. Mehrac Baxşalı, 80)

10. Omar Hani

(17. Yaovi Akakpo, 63)

8. Gilad Abramov

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

11. Asif Məmmədov

28. Murad Musayev

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Neftçi”

1. İvan Brkiç

10. Filip Ozobiç

(14. Eddi İsrafilov, 82)

8. Emin Mahmudov (k)

3. Höccət Haqverdi

7. Azər Əliyev

22. Reziuan Mirzov

(11. Kilan Lebon, 63)

4. Mark Tamaş

6. Dieqo Valdez

(23. Ataa Caber, 82)

5. Kenni Sayef

(17. Rəhman Hacıyev, 63)

25. Aaron Olanare

(77. Yeqor Boqomolski, 41)

99. Ervin Koffi

 

Ehtiyat oyunçular:

 

30. Aqil Məmmədov

93. Rza Cəfərov

19. Azər Salahlı

21. İsmayıl Zülfüqarlı

27. Fərid Yusifli

16. Lukas Melano

9. Andre Şinyaşiki

 

Baş məşqçi: Adrian Mutu