Qəbələdə liderlərin dueli
Xəbərlər / 27 Fevral 2025 | 14:3971
Qəbələdə liderlərin dueli

I Liqada XVI tura start verilib.

 

İki günü əhatə edən turun mərkəzi oyunu Qəbələdə baş tutacaq. Çempionatın liderlərinin duelində “Qəbələ” “Karvan”ı qəbul edəcək.

 

15 turdan sonra 39 xala malik Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda turnir cədvəlindəki ən yaxın izləyicisini ikinci dəfə məğlub etməyə çalışacaq. I dövrənin Yevlaxdakı qarşılaşmasında 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ikinci yerlə xal fərqini 12-yə çatdırmaq üçün meydana çıxacaq.

 

Qeyd edək ki, oyun saat 15:00-da başlayacaq. Görüşü Fərid Hacıyev idarə edəcək.

 

I Liqa

XVI tur

28 fevral (cümə)

15:00. “Qəbələ” – “Karvan”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Sənan Bayramzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Qəbələ şəhər stadionu