Qəbələdə məhsuldar heç-heçə
Xəbərlər / 3 İyul 2023 | 20:231773
Qəbələdə məhsuldar heç-heçə

“Qəbələ” – “Sabah” – 2:2

Ahmed Ayzaya, Murad Musayev

2023-24-cü illər mövsümünə hazırlaşan “Qəbələ” yay fasiləsində ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Qəbələ toplanışı çərçivəsində “Sabah”la qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda təşkil olunub.

Baş məşqçi Elmar Baxşıyev bu oyunda aşağıdakı start “11-liy”inə şans verib: Kristof Atanqana, Urfan Abbasov, Murad Musayev, İlkin Qırtımov, Hüseyn Mürsəlov, Emil Səfərov, Ahmed Ayzaya, Omar Hani, Yaovi Akakpo, Əyyub Allaş, Ülvi İsgəndərov.

Məhsuldar keçən qarşılaşmanın ilk 45 dəqiqəsində üç qol vurulub. Ahmed Ayzaya qeyri-rəsmi debüt matçında fərqlənsə də, fasiləyə qonaqlar üstün yollanıb – 2:1. İlk yarıdan sonra və ikinci hissədə hər iki komandanın heyətində dəyişikliklər olub. Murad Musayevin fasilədən sonra vurduğu top hesabda tarazlıq yaradıb. Komandalar Qəbələ şəhər stadionundan məhsuldar sülhlə ayrılıb – 2:2.