Qəbələdə məhsuldar heç-heçə
Xəbərlər / 13 May 2024 | 20:021415
Qəbələdə məhsuldar heç-heçə

“Qəbələ-2” – “Sabah-2” – 2:2

13 may 2024. Saat 16:00. Qəbələ şəhər stadionu (ehtiyat meydança). 50 tamaşaçı

Baş hakim: Kamran Əliyev

Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov

Dördüncü hakim: Şamil İmanzadə

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Şahin Şahniyarov, 13 (qeyri-idman hərəkəti); Mehrac Baxşalı, 65 (qeyri-idman hərəkəti) // Səbuhi Qurbanov, 40 (qeyri-idman hərəkəti); Mixail Beştoev, 45 (qeyri-idman hərəkəti); Seymur Məmmədov, 90+2 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Elçin Rzazadə (“Qəbələ-2”), 89, 89 (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Elçin Rzazadə (“Qəbələ-2”), 89

Qollar: Mehrac Baxşalı, 18; Xəyyam Məmmədli, 85 // İdris İnqilablı, 62; Emil Həbibov, 81

Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

 

“Qəbələ-2” növbəti oyununu keçirib. “Qırmızı-qaralar” Əvəzedicilər liqasının XXXIV turunda “Sabah-2” ilə görüşüb.

 

Matç Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub. Turnir cədvəlindəki qonşuların duelində hesab ilk yarının ortalarında açılıb. Mehrac Baxşalı qonaqların qapısına yol tapıb.

 

Bakı təmsilçisi ikinci hissədə bərabərlik qolu vurmağa müvəffəq olub. Hava şəraiti üzündən bir müddət dayandırılan görüş sonradan davam etdirilib. 

 

Qonaqlar görüşün sonlarında hesabda önə keçsələr də, Xəyyam Məmmədli bərabərlik qoluna imza atıb. Beləliklə, qarşılaşma məhsuldar heç-heçə ilə nəticələnib – 2:2. 

 

Qeyd edək ki, 34 turdan sonra 79 xala malik "Qəbələ-2” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

 

“Qəbələ-2”

 

36. Elməddin Sultanov

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

71. Sənan Ağalarov

22. Fərid İsgəndərov (k)

53. Elnur İbragimov

97. Emil Süleymanov

(96. Emil Əmirov, 78)

30. Şahin Şahniyarov

77. Okan Təhməzli

(21. Bilal İsmayılov, 62)

44. Ravil Qafarov

(23. Xəyyam Məmmədli, 70)

 

Ehtiyat oyunçular:

 

74. İslam Abduləzizov

 

Baş məşqçi: Famil Xəlilov

 

“Sabah-2”

 

75. Emil Həbibov

13. İdris İnqilablı (k)

22. Seymur Məmmədov

47. Firəddin Abdullayev

91. Nicat Quliyev

(80. Sənan Ağayev, 81)

50. Emin Məcidzadə

(73. Məhəmməd Əliyev, 81)

25. Hüseyn Məmmədzadə

72. Vasif Fərəcov

(89. Mixail Beştoev, 33)

93. Səbuhi Qurbanov

90. Oluvaseun Timilehin

(36. Yaqub Yusubov, 46)

53. Fəxri Məmmədli

 

Ehtiyat oyunçular:

 

16. Rustam Samigullin

 

Baş məşqçi: Rövşən Babayev