Qəbələdə məhsuldar heç-heçə
Xəbərlər / 7 Avqust 2025 | 20:2610558
Qəbələdə məhsuldar heç-heçə

“Qəbələ” – “Sumqayıt” – 2:2

Murad Musayev, İbrahim Sanqare

 

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

 

“Qırmızı-qaralar” “Sumqayıt”la qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda baş tutub.

 

Baş məşqçi Kaxaber Tsxadadze start heyətində aşağıdakı “11-liy”ə şans verib: Səlahət Ağayev, İsaak Amoah, Murad Musayev, Süleyman Damadayev, Eşqin Əhmədov, Nicat Əliyev, Şahin Şahniyarov, Fərid İsgəndərov, Adriel Ba Loua, Domi Massoumou, Prins Ovusu.

 

Qəbələdəki qarşılaşma məhsuldar alınıb. Görüşün ilk 45 dəqiqəsində üç qol vurulub.

 

Meydan sahiblərinin heyətində Murad Musayev fərqlənib. “Qəbələ” fasiləyə hesabda geri yollansa da, ikinci hissədə bərabərlik qoluna imza atıb.

 

Fasilədə və ikinci yarıda hər iki komandanın heyətində dəyişikliklər olub. Sonradan oyuna daxil olan İbrahim Sanqare hesaba tarazlıq gətirib. Beləliklə, Qəbələ şəhər stadionundakı matç məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.

 

Qeyd edək ki, Qəbələ”  mövsümlərarası dövrdə bunadək 4 oyun keçirib. “Qırmızı-qaralar” “Şamaxı”ya 2:1, “Kəpəz”ə 2:0, “Sumqayıt”a 1:0, “İmişli”yə 3:2  hesabı ilə qalib gəlib.