“Qəbələ” – “İmişli” – 2:2
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Komandamız “İmişli” ilə qarşılaşıb. Matç Qəbələ şəhər stadionunda keçirilib.
Məhsuldar keçən oyunda 4 qol vurulub. Hesabı Karim Rossi açıb. Yeni transferimiz qonaqların qapısına yol tapıb. Komandamız fasiləyədək fərqi artırıb. Rəqib topu öz qapısına vurub. Fasilədən sonra qonaqlar 2 dəfə fərqlənib - 2:2.
Qeyd edək ki, mövsümlərarası dövrdə son oyununu avqustun 4-də keçirəcək “qırmızı-qaralar” “Şamaxı” ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.