Qəbələdə oyun qaydaları ilə bağlı seminar
Xəbərlər / 27 Fevral 2026 | 13:331392
Qəbələdə oyun qaydaları ilə bağlı seminar

AFFA-nın Hakimlər Komitəsinin hakim mütəxəssisi Orxan Məmmədov “Qəbələ”nin əsas komandası, əvəzedici heyət, U-19, akademiyanın digər aşağı yaş qrupları və qızlar komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb. O, komanda üçün seminar keçib.

 

“Qırmızı-qaralar”ın üzvləri oyun qaydalarındakı yeniliklərlə tanış olub, həmçinin VAR və bəzi qaydalar barədə ətraflı məlumatlandırılıb. Orxan Məmmədov seminar iştirakçılarının oyun qaydaları ilə bağlı suallarını cavablandırıb. Seminarın sonunda müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.