“Qəbələ” – “Səbail” – 1:1
9 mart 2021. Saat 15:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Eyyub İbrahimov
Dördüncü hakim: İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Rüfət Əhmədov, 43, 88 (qeyri-idman hərəkəti) // Amil Yunanov, 37 (qeyri-idman hərəkəti); Əfran İsmayılov, 58 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Rüfət Əhmədov, 88 // Ruslan Hacıyev, 67 (ciddi qayda pozuntusu)
Qollar: Rafael Utriq, 78 // Amil Yunanov, 57
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
Azərbaycan Premyer Liqasında XIX tur davam edir. “Qəbələ” turun ikinci günündə “Səbail”lə qarşılaşıb. “Qırmızı-qaralar” ev oyununa ötən turla müqayisədə 4 dəyişikliklə çıxıb. Tərlan Əhmədli, Asif Məmmədov, Ehtiram Şahverdiyev və Rafael Utriq start “11-liy”ində yer alıb. Onlar Anar Nəzirov, Yusif Nəbiyev, Vinko Medimoreç və Rövlan Muradovu əvəzləyib.
İndiyədək ev oyunlarında “Səbail”ə uduzmayan “Qəbələ” bu dəfə də doğma arenaya qələbə iddiası ilə çıxıb. İlk yarıda komandamız bir neçə təhlükəli hücum təşkil etsə də, hesabı açmağa nail olmayıb. Qonaqların həmlələrinin qarşısını isə müdafiədə etibarlı çıxış edən arxa xətt oyunçularımız alıb. Qarşılaşmadakı qollar fasilədən sonraya təsadüf edib. İkinci hissənin əvvəlində Amil Yunanov paytaxt təmsilçisini hesabda önə çıxarıb. Buraxılan qoldan az sonra “qırmızı-qaralar” say üstünlüyü qazanıb. Ruslan Hacıyev qırmızı vərəqə ilə cəzalanıb. “Qəbələ” hakimin final fitinə 11 dəqiqə qalmış bərabərlik qolunu vurmağı bacarıb. Rafael Utriq qonaqların qapısına yol tapıb. Görüşün sonlarında Rüfət Əhmədov da qırmızı vərəqə alaraq meydanı tərk edib. Qələbə qazanmaq üçün hücumları davam etdirən rəqiblərin heç biri hesabı dəyişə bilməyib. Beləliklə, Qəbələ şəhər stadionundakı matçda qollu heç-heçə qeydə alınıb.
“Qəbələ”
94. Tərlan Əhmədli
11. Asif Məmmədov (k)
(14. Cavid Hüseynov, 70)
28. Murad Musayev
9. Ehtiram Şahverdiyev
(70. Ülvi İsgəndərov, 75)
99. Ceyms Adeniyi
77. Merab Qiqauri
32. Nikolas Raysel
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
23. Rafael Utriq
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
33. Müşfiq Nadirov
74. Yusif Nəbiyev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
6. Kamal Mirzəyev
2. Vinko Medimoreç
17. Yaovi Akakpo
10. Rövlan Muradov
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”
96. Nikolas Hagen
14. Rahid Əmirquliyev (k)
34. Urfan Abbasov
55. Adil Nağıyev
28. Məqsəd İsayev
22. Əfran İsmayılov
(77. Ədilxan Qarəhmədov, 75)
29. Amil Yunanov
(11. Rauf Əliyev, 87)
23. Milovan Petrovik
(17. Elçin Rəhimli, 90+1)
4. Ali Sisey
20. Ruslan Hacıyev
3. Turan Manafov
Ehtiyat oyunçular:
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
7. Mirsahib Abbasov
9. Florian Kadriu
19. Luka İmnadze
Baş məşqçi: Aftandil Hacıyev