Qəbələdə qollu heç-heçə
Xəbərlər / 16 Oktyabr 2021 | 19:46205
Qəbələdə qollu heç-heçə

“Qəbələ” – “Zirə” – 1:1

16 oktyabr 2021. Saat 17:00. Qəbələ şəhər stadionu, 800 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Vüqar Həsənli

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Sarı vərəqələr: Ruan Renato, fasilədə (hakimin qərarına etiraz); Fernan Lopes, 60 (qeyri-idman hərəkəti); İsnik Alimi, 62 (qeyri-idman hərəkəti) // Təmkin Xəlilzadə, 71 (qeyri-idman hərəkəti); Hacıağa Hacılı, 88 (qeyri-idman hərəkəti); Dmitrios Çantakias, oyundan sonra (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə (“Qəbələ”): Rasim Ramaldanov, 77 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Ehtiram Şahverdiyev, oyundan sonra (təcavüzkar davranış)

Qollar: Ülvi İsgəndərov, 79 // Cəlal Hüseynov, 18

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

 

Azərbaycan Premyer Liqasında VII tur başlayıb. “Qəbələ” I dövrədə son oyununu evdə keçirib. “Qırmızı-qaralar” turnir cədvəlindəki qonşusu “Zirə” ilə qarşılaşıb. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində bir dəyişiklik edib. Yenidən komandamıza qayıdan ispaniyalı Fernan Lopes “11-lik”də Rövlan Muradovu əvəzləyib.

Görüşə qonaqlar daha fəal başlayıb. Matçın əvvəlində təşəbbüsə yiyələnən Bakı təmsilçisi 18-ci dəqiqədə hesabı açıb. “Qəbələ” ilk hissənin ortalarında oyunu bərabərləşdirsə də, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkib. Fasiləyədək ən yaddaqalan imkanı Rafael Utziq əldə etsə də, braziliyalı hesabı dəyişə bilməyib.

Baxşıyev fasilədən sonra əvəzetmələrlə oyunun axarını dəyişə bilib. “Qırmızı-qaralar” çoxsaylı sürətli hücumlar təşkil edib. Rafael Utziq və Ülvi İsgəndərov hərəsi bir neçə qol imkanını boşa verib. İsnik Aliminin zərbəsində isə dəqiqlik çatmayıb. Şimali makedoniyalının təşkil etdiyi hücumların biri Ülvi İsgəndərovun hesabı bərabərləşdirməsi ilə nəticələnib – 1:1. Bu, futbolçumuzun “Qəbələ”də yubiley – 10-cu qolu olub. Hesabda tarazlıq yaratdıqdan sonra Rafael Utziq və Fernan Lopesin zərbələri yaddaqalan olub. İlk epizodda rəqib qapıçı seyvlə diqqət çəkibsə, ispaniyalı hədəfə düşməyib. Beləliklə, Qəbələ şəhər stadionundakı qarşılaşma qollu sülhlə başa çatıb.

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

11. Asif Məmmədov (k)

(7. Ehtiram Şahverdiyev, 74)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

8. Stefan Vukçeviç

(14. Ülvi İsgəndərov, 46)

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

(19. Rövlan Muradov, 62)

9. Fernan Lopes

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

77. Emil Səfərov

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Zirə”

1. Mehdi Cənnətov

8. İlkin Muradov

(32. Qismət Alıyev, 69)

2. Sertan Taşkın

21. Hacıağa Hacılı

19. Təmkin Xəlilzadə

91. Coşqun Diniyev

18. Davit Volkov

26. Nemanya Andelkoviç

47. Mohamed Hamdaui

(44. Dmitrios Çantakias, 86)

9. Loris Broqno

(10. Ağabala Ramazanov, 65)

4. Cəlal Hüseynov (k)

 

Ehtiyat oyunçular:

 

41. Anar Nəzirov

62. Abdulla Seydəhmədov

15. Ruslan Abışov

5. Rauf Hüseynli

51. Rüstəm Nuruyev

11. Velves Santos

13. Ramin Əhmədov

 

Baş məşqçi: Rəşad Sadıqov