Qəbələdə qollu heç-heçə
Xəbərlər / 25 İyul 2026 | 20:3825
Qəbələdə qollu heç-heçə

“Qəbələ” – “Şəfa” – 1:1

İsaak Amoah

 

“Qəbələ” növbəti yoxlama oyununu keçirib.

 

Komandamız yeni mövsümə hazırlıq çərçivəsində “Şəfa” ilə qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda keçirilib.

 

İlk yarısı qolsuz bitən oyunun ikinci hissəsində komandalar hərəyə bir dəfə fərqləniblər. İsaak Amoah hesabı açsa da, rəqib hesaba tarazlıq gətirib – 1:1.

 

Qeyd edək ki, növbəti oyununu iyulun 31-də keçirəcək “qırmızı-qaralar” “İmişli” ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.