“Qəbələ” – “Sabah” – 1:1
21 may 2022. Saat 17:00. Qəbələ şəhər stadionu, 700 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Urfan Abbasov, 5 (qeyri-idman hərəkəti); Murad Musayev, 68 (qeyri-idman hərəkəti)
Qollar: Murad Musayev, 68 // Aleksey Kaşuk, 86
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün son turu start götürüb. “Qəbələ” XXVIII turu öz meydanında keçirib. “Qırmızı-qaralar” evdə “Sabah”la qarşılaşıb.
Baş məşqçi Elmar Baxşıyev Qəbələ şəhər stadionundakı görüşün start heyətində ötən turla müqayisədə 4 dəyişiklik edib. Kristof Atanqana, Rövlan Muradov, Murad Musayev və Stefan Vukçeviç ilk dəqiqələrdən meydana çıxıb. Onlar Nicat Mehbalıyev, Asif Məmmədov, Omar Hani və Emil Səfərovu əvəzləyib.
Matçın ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla yadda qalıb. Lakin komandalardan heç biri qol imkanlarından yararlana bilməyib. Oyundakı hər iki qol fasilədən sonra vurulub. Hissənin ortalarında Murad Musayev “Qəbələ”ni hesabda önə çıxarıb. Lakin “qırmızı-qaralar” üstünlüyünü son dəqiqələrdə əldən verib. Aleksey Kaşuk hesabda tarazlıq yaradıb. Bununla da Qəbələdəki matçda qollu heç-heçə qeydə alınıb – 1:1. Beləliklə, mövsümü 45 xalla başa vuran “Qəbələ” çempionatı 4-cü pillədə başa vurub.
“Qəbələ”
1. Kristof Atanqana
19. Rövlan Muradov
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov (k)
(7. Ehtiram Şahverdiyev, 66)
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
9. Fernan Lopes
(14. Ülvi İsgəndərov, 72)
12. Rüfət Əhmədov
(77. Emil Səfərov, 46)
Ehtiyat oyunçular:
94. Nicat Mehbalıyev
36. Elməddin Sultanov
11. Asif Məmmədov
6. Kamal Mirzəyev
24. Patrik Robson
18. Mehrac Baxşalı
20. Rauf Rüstəmli
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”
94. Yusif İmanov
10. Aleksey İsayev
34. Bəxtiyar Həsənalızadə
4. Elvin Camalov (k)
20. Coy-Lens Mikels
17. Xuan Kamara
(11. Kristian Sebalyos, 60)
99. Hiqor Qabriel
7. Boyan Letiç
(15. Kristian da Silva, 77)
73. Lukas Rangel
(21. İldar Alekperov, 79)
18. Aleksey Kaşuk
33. Camal Cəfərov
Ehtiyat oyunçular:
97. Aleksandr Neçayev
32. Rustam Samigullin
14. Slavik Alxasov
9. Xulio Sezar Rodrigez
24. Mixeil Erqemlidze
29. Ceyhun Nuriyev
66. Abdulax Xaibulaev
Məşqçi: Vitaliy Korneyev