“Qəbələ” – “Kəpəz” – 1:1
27 may 2023. Saat 17:30. Qəbələ şəhər stadionu, 1200 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Şirmamed Mamedov
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Məqsəd İsayev, 61 (qeyri-idman hərəkəti); Emil Səfərov, 75 (qeyri-idman hərəkəti); Omar Hani, 90+3 (qeyri-idman hərəkəti) // Mate Kvirkviya, 73 (qeyri-idman hərəkəti); Elçin Əlicanov, 77 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Tərlan Əhmədov, 74 (hakimin qərarına etiraz)
Qollar: İsnik Alimi, 45+4 (p.) // Murad Musayev, 80 (ö.q.)
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 3 dəq.
Misli Premyer Liqasında 2022/23 mövsümünün son turuna start verilib. “Qəbələ” ilk oyun günündə meydana çıxıb. “Qırmızı-qaralar” çempionatın son matçını evdə keçirib.
Elmar Baxşıyevin yetirmələri “Kəpəz”lə qarşılaşıb. Görüşə fəal başlayan “Qəbələ” təhlükəli hücumlar qurmağı bacarıb. Bir neçə qol imkanını qaçıran komandamız yalnız fasilə ərəfəsində hesabı açıb. İsnik Alimi uzatma dəqiqələrində fərqlənib. Şimali makedoniyalı yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib.
Bu, İsnikin cari çempionatda 9-cu qolu olub. O, 11 metrlik nöqtədən 7-ci dəfə fərqlənib.
İkinci hissə də qarşılıqlı hücumlarla keçib. Məğlubiyyətdən qaçmağa çalışan qonaqlar istəyinə çatıb. Matçın sonlarında qonaqlar hesaba tarazlıq gətirib – 1:1.
Beləliklə, mövsümü qollu heç-heçə ilə başa vuran “qırmızı-qaralar” çempionatı 4-cü pillədə yekunlaşdırıb.
“Qəbələ”
13. Kristof Atanqana
2. İlkin Qırtımov
(34. Urfan Abbasov, 69)
27. Məqsəd İsayev
28. Murad Musayev (k)
77. Emil Səfərov
91. Ramon Maçado
4. Ruan Renato
5. İsnik Alimi
23. Rafael Utziq
97. Felipe Santos
(10. Omar Hani, 74)
9. Əyyub Allaş
(14. Ülvi İsgəndərov, 69)
Ehtiyat oyunçular:
1. Səlahət Ağayev
36. Elməddin Sultanov
11. Asif Məmmədov
7. Rövlan Muradov
33. Hüseyn Mürsəlov
12. Rüfət Əhmədov
16. Nicat Əliyev
17. Yaovi Akakpo
8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Kəpəz”
68. Orxan Sadıqlı
80. Tural Rzayev (k)
(21. Martins Junior, 46)
14. Elçin Əlicanov
77. Fərid Nəbiyev
2. Zamiq Əliyev
5. İdris İnqilablı
(40. Ahmed Ayzaya, 46)
3. Abdulla Rzayev
(66. Arzu Atakişiyev, 90+2)
20. Mahir Həsənov
9. Mate Kvirkviya
(70. Nicat Süleymanov, 90+2)
7. Giorgi Kantariya
19. Abdullahi Şuaybu
(10. Salif Sisse, 80)
Ehtiyat oyunçular:
71. Mario Mustapiç
8. Tural Axundov
27. Samir Məhərrəmli
91. Nizami Səmədov
44. Nihat Fərəci
Baş məşqçi: Tərlan Əhmədov