Qəbələdə qollu sülh - Fotoreportaj
Xəbərlər / 15 Aprel 2022 | 18:59278
Qəbələdə qollu sülh - Fotoreportaj

“Qəbələ” – “Sumqayıt” – 1:1

15 aprel 2022. Saat 17:00. Qəbələ şəhər stadionu, 700 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cavanşir Yusifov

Dördüncü hakim: Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Stefan Vukçeviç, 41 (qeyri-idman hərəkəti); Rafael Utziq, 74 (hakimin qərarına etiraz); Ehtiram Şahverdiyev, 81 (hakimin qərarına etiraz) // Tellur Mütəllimov, 39 (oyunun bərpasının ləngidilməsi); Dmitro Nağıyev, 76 (oyunun bərpasının ləngidilməsi); Murad Xaçayev, 77 (qeyri-idman hərəkəti); Andrey Popoviç, 85 (oyunun bərpasının ləngidilməsi); Höccət Haqverdi, 90+4 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vüqar Məmmədov (“Qəbələ”), oyundan sonra (hakimin qərarına etiraz)

Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Elmar Baxşıyev, 90+3 (hakimi təhqir etdiyinə görə)

Qollar: İsnik Alimi, 88 // Araz Abdullayev, 17

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.

 

Azərbaycan Premyer Liqasında XXIII tura start verilib. “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Ötən turla müqayisədə “qırmızı-qaraıar”ın start heyətində üç dəyişiklik olub. Ruan Renato, Omar Hani və Patrik Robson ilk dəqiqələrdən meydana çıxıb. Onlar Asif Məmmədov, Rüfət Əhmədov və Emil Səfərovu əvəzləyib.

Matç qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda rəqib qapısına həmlələr təşkil etsə də, real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Azsaylı qol imkanlarından birində qonaqlar hesabı açıb. Araz Abdullayev fərqlənib. Buraxılan qoldan sonra fəallığı artıran “Qəbələ” təşəbbüsə yiyələnməyə çalışıb. Lakin rəqib qapısı önündə azsaylı yaddaqalan epizod yaradan komanda bu imkanlardan yararlanmayıb.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Azarkeşlər əsasən qarşılıqlı hücumlar izləyib. Oyunda dönüş yaratmağa çalışan “qırmızı-qaralar”ın səyləri bəhrəsini verməyib. Bir neçə təhlükəli hücum quran komandamız rəqib müdafiəsini yarmaqda çətinlik çəkib. “Qəbələ” istəyinə yalnız oyunun sonlarında çatıb. İsnik Aliminin cərimə zərbəsindən sonra canlı səddə dəyən top qapıdan keçib – 1:1. Beləliklə, “Qəbələ” ev oyununda qollu sülhlə bir xal qazanıb.

 

 “Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(77. Emil Səfərov, 73)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov (k)

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

(7. Ehtiram Şahverdiyev, 77)

24. Patrik Robson

(14. Ülvi İsgəndərov, 59)

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

6. Kamal Mirzəyev

12. Rüfət Əhmədov

2. Samet Karakoç

33. Hüseyn Mürsəlov

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Sumqayıt”

23. Andrey Popoviç

18. Süleyman Əhmədov

17. Murad Xaçayev

6. Vüqar Mustafayev (k)

10. Rəhim Sadıxov

7. Tellur Mütəllimov

2. Dmitro Nağıyev

(60. Elvin Məmmədov, 88)

4. Höccət Haqverdi

78. Araz Abdullayev

5. Camaləddin Xocaniyazov

(11. Rüfət Abdullazadə, 22)

(9. Əli Qurbani, 71)

8. Səbuhi Abdullazadə

 

Ehtiyat oyunçular:

 

13. Aydın Bayramov

1. Tərlan Əhmədli

33. Eltun Turabov

24. Elşən Abdullayev

15. Vüqar Bəybalayev

20. Ayxan Süleymanlı

55. İbrahim Əliyev

 

Baş məşqçi: Aleksey Baqa