Qəbələdə qolsuz heç-heçə
Xəbərlər / 10 Sentyabr 2023 | 19:141951
Qəbələdə qolsuz heç-heçə

“Qəbələ” – “Araz-Naxçıvan” – 0:0

“Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” milli komandaların matçları ilə əlaqədar yaranan fasilə dövründə “Araz-Naxçıvan”la görüşüb.

Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Görüşdə yığmaların düşərgəsində olan futbolçular iştirak etməyiblər.

Oyun qarşılıqlı hücumlarla keçib. Hər iki komanda qol imkanları yaratsa da, rəqib qapısına yol tapa bilməyib. Beləliklə, Misli Premyer Liqası təmsilçilərinin Qəbələ şəhər stadionundakı dueli qolsuz heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, bu matçdan sonra hazırlığını doğma arenada davam etdirəcək “qırmızı-qaralar” çempionatın VI turunda “Turan Tovuz”un qonağı olacaq.