“Qəbələ” – “Keşlə” – 0:0
23 fevral 2019. Saat 14:00. Qəbələ şəhər stadionu, 650 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Qəzənfər Məmmədov
Dördüncü hakim: Rəhim Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Urfan Abbasov, 73 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 90+3 (qeyri-idman hərəkəti) // Angelo Pena, 29 (qeyri-idman hərəkəti); Vüsal İsgəndərli, 82 (qeyri-idman hərəkəti); Denis Silva, 90 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar: yoxdur
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. Turun ilk görüşü Qəbələ şəhər stadionunda keçirilib. “Qəbələ” doğma azarkeşlər önündə “Keşlə”ni qəbul edib. “Qırmızı-qaralar” oyuna ötən turun “Qarabağ”la görüşündəki (1:2) start “11-liy”i ilə başlayıb.
Matçın ilk yarısında azarkeşlər daha çox qarşılıqlı hücumlar izləyib. Aşağı sürətlə keçən 45 dəqiqədə qapılar önündə ciddi təhlükələr çox olmayıb. Matçın əvvəlində Rauf Əliyevin əldə etdiyi epizod yaddaqalan olsa da, onun zərbəsi istənilən kimi alınmayıb. “Keşlə”nin hücumları zamanı müdafiəçilərin inamlı oyunu diqqət çəkib. Bir neçə dəfə oyuna daxil olan Dmitri Bezotosnı da etibarlılıq nümayiş etdirib. Epizodların birində qapıçı Amil Yunanovun yaxın məsafədən baş zərbəsini dəf edib. Hissənin sonlarında Ceyms Adeniyinin fəallığı bir neçə yaddaqalan epizodun yaranması ilə nəticələnib. Öncə sağdan cərimə meydanına daxil olan legionerin qapı önünə ötürməsini qapayan tapılmayıb. Bir neçə dəqiqə sonra əks tərəfdən yaxın məsafədən zərbə endirən Ceymsə rəqib mane olub.
Sənan Qurbanov fasilədə oyunçu dəyişikliyini zəruri hesab edib. Lakin Lalavele Atakoranın meydana daxil olması qarşılaşmanın ssenarisini ciddi şəkildə dəyişməyib. İkinci yarının əvvəli qonaqların cüzi fəallığı ilə qarşılıqlı hücumlarla keçib. “Keşlə” hissənin əvvəlində bir neçə təhlükəli zərbə ilə diqqət çəkib. Ardınca Ceyms Adeniyinin fəallığı ardıcıl 2 yaddaqalan epizodla başa çatıb. Hər iki halda rəqib qapıçı hesabın açılmasına imkan verməyib. Hissənin ikinci yarısında təşəbbüsə yiyələnən “qırmızı-qaralar” rəqibin müdafiə xəttinə gərginlik yaradıb. Stiven Monrozun cərimə meydanı xaricindən zərbəsi istənilən kimi alınmayıb. Az sonra paytaxt təmsilçisinin müdafiəçiləri topu cərimə meydanına daxil olmaq üzrə olan Ceyms Adeniyinin ayaqları altından uzaqlaşdırıblar. Matçın sonlarında Stiven Monrozun daha bir zərbə imkanı olsa da, top rəqibə toxunduğundan istənilən kimi alınmayıb. Uzatma dəqiqələrində isə Ceyms Adeniyi qələbə qolunu vurmaq üçün əlverişli imkan qazanıb. Lakin qapıçı ilə üz-üzə qalan nigeriyalının zərbəsini tutmaq rəqib qolkiperə çətinlik yaratmayıb.
Beləliklə, “Qəbələ” “Keşlə” ilə ev oyununda 1 xalla kifayətlənib – 0:0.
“Qəbələ”
22. Dmitri Bezotosnı
34. Urfan Abbasov
14. Cavid Hüseynov (k)
(11. Asif Məmmədov, 78)
4. Elvin Camalov
10. Rauf Əliyev
3. Voislav Stankoviç
17. Ceyms Adeniyi
28. Stiven Monroz
(18. İlqar Qurbanov, 88)
9. Davit Volkov
(21. Atakora Lalavele, 46)
27. Bəhlul Mustafazadə
2. Amin Seydiyev
Ehtiyat oyunçular:
1. Anar Nəzirov
35. Murad Popov
5. Rasim Ramaldanov
88. Sabien Lilay
8. Qismət Alıyev
7. Roman Hüseynov
98. Rövlan Muradov
77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov
“Keşlə”
1. Kamran Ağayev (k)
4. Slavik Alxasov
9. Amil Yunanov
93. Edvinas Girdvainis
3. Denis Silva
22. Nikola Mitroviç
17. Samir Məsimov
25. Con Kamara
(32. Valeri Kutsenko, 90+2)
21. Angelo Pena
(23. Conatan Ayite, 72)
65. Cabir Əmirli
11. Vüsal İsgəndərli
(19. Azər Salahlı, 88)
Ehtiyat oyunçular:
30. Davud Kərimi
2. Sərtan Taşqın
66. Murad Qayalı
91. Nurlan Quliyev
Baş məşqçi: Tərlan Əhmədov