“Qəbələ” – “Keşlə” – 0:0
19 sentyabr 2020. Saat 17:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Cavanşir Yusifov
Dördüncü hakim: Rəhim Həsənov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Nikolas Raysel, 21, (qeyri-idman hərəkəti), 67 (hakimin qərarına etiraz); Rafael Utriq, 32 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 90+1 (hakimin qərarına etiraz) // Miyusko Boyoviç, 69 (qeyri-idman hərəkəti); Silvio Rodriges, 79 (qeyri-idman hərəkəti); Alvaro Tavares, 80 (qeyri-idman hərəkəti), Vüsal İsgəndərli, 89 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Nikolas Raysel, 67
Qol: yoxdur
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 2 dəq.
Azərbaycan Premyer Liqasında III tura start verilib. Turun ilk oyunu Qəbələ şəhər stadionunda baş tutub. Mövsümdə ikinci ev matçına çıxan “Qəbələ” “Keşlə” ilə görüşüb. Baş məşqçi Elmar Baxşıyev ötən turun “Sabah”la qarşılaşması ilə müqayisədə start heyətində iki dəyişiklik edib. Stefan Vukçeviç və Rafael Utriq ilk “11-lik”də Ülvi İsgəndərovla Rodriqo Qattası əvəzləyib.
“Qırmızı-qaralar” qarşılıqlı hücumlarla başlayan oyunun əvvəllərindən təşəbbüsü ələ alıb. Üstünlüyə yiyələnən komandamız daha çox hücum edib. Künc zərbəsi zamanı yaxın məsafədən vurulan baş zərbəsini rəqib qolkiper dəf edib. Sağ cinahdan Rövlan Muradov və İdris İnqilablının qapı önünə ötürmələrini isə qapayan tapılmayıb. Qonaqların bir neçə kəskin əks-hücumu yaddaqalan olsa da, Anar Nəzirov etibarlı oynayıb. Hissənin sonlarında “Qəbələ” təzyiqi artırıb. Qismət Alıyevin zərbəsi dirəyin yanından ötübsə, Merab Qiqaurinin fərqlənməsinə qapıçının seyvi mane olub. Künc zərbəsindən sonra Yurgen Qoxanın toxunuşu zamanı top tirin üstündən keçib. Fasilə ərəfəsində Asif Məmmədovdan ötürmə alan Rövlan Muradov sağdan sürətlə cərimə meydanına girib uzaq küncə qüvvətli zərbə endirib. Amma qapıçı bu zərbəni də dəf edib.
İkinci hissəyə bakılılar daha fəal başlayıb. Qonaqların ardıcıl hücumları zamanı Anar Nəzirov bir neçə dəfə qurtarış edib. “Qəbələ” əks-həmlələr zamanı bir neçə yaddaqalan epizod yaratmağı bacarsa da, hesab dəyişməyib. Hissənin ortalarında oyunu tarazlaşdıran “qırmızı-qaralar” qol vurmağa yaxın olub. Nikolas Rayselin ötürməsindən sonra Rafael Utziqin baş zərbəsi təhlükəli alınıb. Bu epizodda top qapı tirindən dönüb. Hissənin sonluğu aşağı tempdə davam edib. Hər iki komanda müdafiədə etibarlı oynamağa çalışıb. Anar Nəzirov bir neçə dəfə seyv edərək hesabın dəyişməsinə imkan verməyib. Beləliklə, qarşılaşma qolsuz sülhlə başa çatıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
8. Qismət Alıyev
11. Asif Məmmədov
(14. Cavid Hüseynov, 65)
77. Merab Qiqauri
32. Nikolas Raysel
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
(28. Murad Musayev, 70)
2. Vinko Medimoreç
23. Rafael Utriq
10. Rövlan Muradov
(7. Roman Hüseynov, 65)
55. İdris İnqilablı
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
9. Ehtiram Şahverdiyev
22. Rodriqo Qattas
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
19. Samir Qurbanov
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
“Keşlə”
1. Stanislav Namaşko
19. Azər Salahlı
17. Vüsal İsgəndərli
2. İlkin Qırtımov (k)
7. Rəhman Hacıyev
4. Şəhriyar Əliyev
25. Con Kamara
(16. Alvaro Tavares, 46)
21. Miyusko Boyoviç
48. Dmitro Klots
11. Silvio Rodriqes
14. Turan Vəlizadə
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
3. Tərlan Quliyev
18. Ruslan Əmircanov
6. Rəşad Sadiqov
8. Tural Axundov
20. Rail Məlikov
99. Rafael Məhərrəmli
97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov