“Qəbələ” – “Qarabağ” – 0:0
29 noyabr 2021. Saat 16:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Vüqar Bayramov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Asif Məmmədov, 45 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 57 (qeyri-idman hərəkəti); Stefan Vukçeviç, 87 (qeyri-idman hərəkəti); Fernan Lopes, 87 (hakimin qərarına etiraz); Nicat Mehbalıyev, 90 (oyunun bərpasının ləngidilməsi) // Patrik Andrade, 79 (hakimin qərarına etiraz)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.
Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. Turun son qarşılaşması Qəbələ şəhər stadionunda baş tutub. “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edib. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində bir dəyişikliyə ehtiyac duyub. Fernan Lopes ilk dəqiqələrdən meydana çıxıb. O, “11-lik”də Stefan Vukçeviçi əvəzləyib.
Görüşə qonaqlar daha fəal başlayıb. Ərazi üstünlüyünə yiyələnən “Qarabağ”ın hücumlarının qarşısını inamla alan “qırmızı-qaralar” sürətli əks-həmlələr təşkil edib. Fasiləyədək hər iki komanda fərqlənmək üçün bir neçə imkan əldə etsə də, hesab açılmayıb. İkinci hissədə oyunda nisbi tarazlıq yaranıb. Qarşılıqlı hücumlarla keçən 45 dəqiqədə daha çox qol imkanları yaranıb. Lakin komandalardan heç biri rəqib qapısına yol tapa bilməyib. Beləliklə, mövsümdə 4-cü dəfə heç-heçə edən “Qəbələ” xal hesabını 22-yə çatdırıb.
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
(8. Stefan Vukçeviç, 68)
11. Asif Məmmədov (k)
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov
23. Rafael Utziq
(7. Ehtiram Şahverdiyev, 77)
5. İsnik Alimi
4. Ruan Renato
10. Omar Hani
9. Fernan Lopes
(14. Ülvi İsgəndərov, 64)
Ehtiyat oyunçular:
36. Elməddin Sultanov
6. Kamal Mirzəyev
77. Emil Səfərov
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”
1. Şahruddin Məhəmmədəliyev
5. Maksim Medvedev (k)
30. Abbas Hüseynov
19. Filip Ozobiç
77. Ramil Şeydayev
(25. Vadji İbrahima, 63)
7. Riçard Almeyda
(2. Qara Qarayev, 63)
10. Abdullah Zubir
81. Kevin Medina
6. Patrik Andrade
29. Marko Veşoviç
(20. Kadi Borqes, 58)
27. Toral Bayramov
Ehtiyat oyunçular:
12. Emil Balayev
89. Amin Ramazanov
4. Rahil Məmmədov
18. İsmayıl İbrahimli
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
22. Musa Qurbanlı
24. Zamiq Əliyev
83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov