“Qəbələ” – “Zirə” – 0:0
13/14 mart 2022. Saat 16:00/12:30. Qəbələ şəhər stadionu, 300 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Fernan Lopes, 90+3 (hakimin qərarına etiraz) // Mohamed Hamdaui, 35 (qeyri-idman hərəkəti); Rahil Məmmədov, 51 (qeyri-idman hərəkəti); Brayan Alseus, 68 (qeyri-idman hərəkəti); Hacıağa Hacılı, 90+3 (oyun qaydalarının sistematik şəkildə pozulması)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 3 dəq.
Azərbaycan Premyer Liqasının XIX turunun ikinci oyun gününə dünən start verilib. Günün ilk matçı Qəbələdə başlayıb. Mükafatlar uğrunda mübarizə aparan “Qəbələ” və “Zirə” üz-üzə gəlib. Qarşılaşma əlverişsiz hava şəraitində üzündən başa çatdırılmayıb.
Matçdan öncə arena qardan təmizləndiyi üçün görüşün ilk yarısı qənaətbəxş şəkildə baş tutub.
“Qırmızı-qaralar” ötən turla müqayisədə oyuna bir dəyişikliklə başlayıb. Patrik Robson ötən turda zədələnən Omar Hanini əvəzləyib. İlk 45 dəqiqə “Qəbələ”nin üstünlüyü ilə keçib. Komandamız dəfələrlə qol vurmağa yaxın olub. Lakin Rövlan Muradov, Rafael Utziq və Fernan Lopesin zərbələrində dəqiqlik çatmayıb. Epizodların birində top tirdən dönüb. Qonaqların azsaylı hücumlarının qarşısını müdafiə xətti alıb. Nicat Mehbalıyev də bir dəfə komandanı qoldan xilas edib.
Fasilədə güclənən qar ikinci yarı üçün daha əlverişsiz şərait yaradıb. Buna baxmayaraq komandalar fəallıq nümayiş etdirib. İlk dəqiqələrdə “Zirə”nin iki hücumu yaddaqalan olsa da, təşəbbüsə yiyələnən “Qəbələ” daha çox hücum edib. Rövlan Muradov növbəti dəfə tiri nişan alıb. Rafael Utziqə isə dəqiqlik çatmayıb. Hissənin gedişində bir dəfə oyunu dayandırıb məsləhətləşmələr aparan Əliyar Ağayev 65-ci dəqiqədə komandaları soyunub-geyinmə otağına aparmağa məcbur olub. Meydanda qarın təmizləmə işləri aparılıb.
Nəticədə əlverişsiz hava şəraiti üzündən qarşılaşma bir gün sonraya təxirə salınıb. Bu gün davam etdirilən matçın son 25 dəqiqəsi qarşılıqlı hücumlarla keçib. “Qəbələ” bir gün öncə olduğu kimi yenə daha fəal olub. Komandamız iki real qol imkanı da əldə edib. Lakin Rafael Utziq bu epizodlardan yararlana bilməyib. Bir dəfə onun baş zərbəsi tirdən dönübsə, son saniyələrdə qapını dəqiq nişan ala bilməyib. Beləliklə, Qəbələdəki görüş qolsuz sülhlə başa çatıb.
“Qəbələ”
94. Nicat Mehbalıyev
19. Rövlan Muradov
28. Murad Musayev
27. Məqsəd İsayev
34. Urfan Abbasov (k)
8. Stefan Vukçeviç
23. Rafael Utziq
5. İsnik Alimi
4. Ruan Renato
9. Fernan Lopes
24. Patrik Robson
(14. Ülvi İsgəndərov, 65)
Ehtiyat oyunçular:
1. Kristof Atanqana
36. Elməddin Sultanov
11. Asif Məmmədov
7. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
12. Rüfət Əhmədov
2. Samet Karakoç
77. Emil Səfərov
33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
“Zirə”
1. Mehdi Cənnətov
21. Hacıağa Hacılı
32. Qismət Alıyev (k)
91. Coşqun Diniyev
(92. Brayan Alseus, 63)
5. Rahil Məmmədov
18. Davit Volkov
44. Dmitrios Çantakias
47. Mohamed Hamdaui
14. Hamidu Keyta
99. Ahmed Ayzaya
(9. Loris Broqno, 65)
4. Cəlal Hüseynov
Ehtiyat oyunçular:
41. Anar Nəzirov
22. Nail Alışov
8. İlkin Muradov
10. Ağabala Ramazanov
2. Sertan Taşkın
15. Ruslan Abışov
51. Rüstəm Nuruyev
13. Ramin Əhmədov
56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov