Qəbələdə qolsuz sülh
Xəbərlər / 24 Dekabr 2022 | 17:441739
Qəbələdə qolsuz sülh

“Qəbələ” – “Turan Tovuz” – 0:0

24 dekabr 2022. Saat 15:00. Qəbələ şəhər stadionu, 500 tamaşaçı

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Şirmamed Mamedov

Dördüncü hakim: Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqələr: Murad Musayev, 38 (qeyri-idman hərəkəti); Ruan Renato, 83 (qeyri-idman hərəkəti); Ramon Maçado, 86 (qeyri-idman hərəkəti) // Piruzi Marakvelidze, 90+4 (qeyri-idman hərəkəti)

Qol: yoxdur

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

Misli Premyer Liqasında XVIII turun ikinci gününə start verilib. “Qəbələ” mövsümün ilk yarısında son oyununu keçirib. “Qırmızı-qaralar” 2022-ci ilə “Turan Tovuz”la qarşılaşma ilə yekun vurub.

Görüş Qəbələ şəhər stadionunda baş tütüb. Ötən oyunla müqayisədə “Qəbələ”nin start heyətində bir dəyişiklik olub. “Qarabağ”la görüşdə zədələnən Məqsəd İsayevi Urfan Abbasov əvəzləyib.

Qarşılaşmaya “qırmızı-qaralar” daha fəal başlayıb. Oyunun əvvəlində Ramon Maçado və İsnik Alimi əlverişli epizodlar əldə etsə də, hesab açılmayıb. Ardınca da həmlələr təşkil edən komandamız fərqlənmək imkanlarından yararlana bilməyib. Felipe Santosun zərbəsi diqqətçəkən olub. Qonaqlar da müdafiədə qapanmayaraq hücumlar qurub. Amma müdafiəçilərimiz rəqibə fərqlənmək imkanı verməyib.

Elmar Baxşıyev ikinci hissədə əvəzetmələrlə hücum xəttini daha da gücləndirib. Lakin ardıcıl hücumlar bəhrəsini verməyib. Tovuz təmsilçisinin təhlükəli həmlələrinin qarşısını inamlı müdafiə xətti kəsib. Son dəqiqələrdə Ülvi İsgəndərov ardıcıl iki qol epizodu əldə edib. Amma hücumçumuz rəqib qapısına yol tapa bilməyib. Beləliklə, Qəbələ şəhər stadionundakı görüş qolsuz sülhlə başa çatıb. Xatırladaq ki, komandamız növbəti oyununu 2023-cü il yanvarın 24-də “Kəpəz”ə qarşı keçirəcək. Görüş Gəncədə baş tutacaq. 

 

 “Qəbələ”

1. Səlahət Ağayev

2. İlkin Qırtımov

(7. Rövlan Muradov, 67)

34. Urfan Abbasov (k)

28. Murad Musayev

77. Emil Səfərov

(23. Rafael Utziq, 55)

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

97. Felipe Santos

(14. Ülvi İsgəndərov, 67)

6. Feras Abu Akal

10. Omar Hani

(11. Asif Məmmədov, 55)

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

27. Məqsəd İsayev

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

17. Yaovi Akakpo

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Turan Tovuz”

85. Kamal Bayramov (k)

3. Tərlan Quliyev

4. Şəhriyar Əliyev

7. Ehtiram Şahverdiyev

(60. Səbayıl Bağırov, 88)

33. Eltun Turabov

(6. Turan Vəlizadə, 79)

10. Xəyal Nəcəfov

(11. Ayxan Quseynov, 65)

8. Şakir Seyidov

(39. Sadiq Quliyev, 79)

88. Faiq Hacıyev

30. Piruzi Marakvelidze

17. Natan Oduva

(99. Veysəl Rzayev, 88)

19. Runi Eva

 

Ehtiyat oyunçular:

 

1. Tərlan Əhmədli

77. Cavid Tağıyev

14. Akif Tağıyev

21. Abbas Ağazadə

15. Vüsal Məsimov

87. Nazim Həsənzadə

9. İmeda Aşortiya

 

Baş məşqçi: Ayxan Abbasov