Qəbələdə qolsuz sülh
Xəbərlər / 10 Fevral 2023 | 17:451637
Qəbələdə qolsuz sülh

“Qəbələ” – “Neftçi” – 0:0

10 fevral 2023. Saat 15:00. Qəbələ şəhər stadionu, 300 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Akif Əmrəli, Zöhrab Abbasov

Dördüncü hakim: Tural Qurbanov

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Sarı vərəqələr: Feras Abu Akal, 40 (qeyri-idman hərəkəti); Felipe Santos, 46 (qeyri-idman hərəkəti)

Qol: yoxdur

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

Bu gün Misli Premyer Liqasında XXII tura start verilib. “Qəbələ” turun ilk günündə “Neftçi” ilə qarşılaşıb.

“Qırmızı-qaralar” Qəbələ şəhər stadionundakı matça ötən turla müqayisədə iki dəyişikliklə çıxıb. Asif Məmmədov və Ruan Renato ilk dəqiqələrdən heyətdə olub. Onlar Rövlan Muradovla Emil Səfərovu əvəzləyib.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Hər iki komanda meydana 3 xal üçün çıxdığını ilk dəqiqələrdən nümayiş etdirib. Ardıcıl hücumlar quran komandalar fasiləyədək təhlükəli epizodlar yaratmaqda çətinlik çəkib. Felipe Santos və Asif Məmmədovun əldə etdiyi imkanlar yaddaqalan olsa da, hücumlar dəqiq zərbə ilə bitməyib. Qonaqların hücumlarının qarşısını isə müdafiəçilər inamla alıb. Bir neçə epizodda isə Səlahət Ağayev etibarlı oynayıb.

İkinci hissə daha sürətli alınıb. Xüsusilə də “qırmızı-qaralar”ın hücumları kəsərli alınıb. Felipe Santos və Rövlan Muradovun zərbələri yaddaqalan, amma qeyri-dəqiq olub. Urfan Abbasovun ötürməsindən sonra Asif Məmmədovun baş zərbəsi zamanı top dirəkdən dönüb. İkinci hissədə ərazi üstünlüyünə malik komandamız penalti də qazanıb. Lakin Rövlan Muradova qarşı epizodda təyin olunan zərbə VAR müdaxiləsi ilə ləğv edilib. Qonaqların hücumlarının qarşısını inamla alan “Qəbələ” hakimin final fitinə qədər qol vurmağa çalışsa da, hesab dəyişməz qalıb. Beləliklə, Qəbələ şəhər stadionundakı matç qolsuz heç-heçə ilə başa çatıb.

 

“Qəbələ”

1. Səlahət Ağayev

11. Asif Məmmədov (k)

(77. Emil Səfərov, 80)

2. İlkin Qırtımov

34. Urfan Abbasov

27. Məqsəd İsayev

4. Ruan Renato

5. İsnik Alimi

23. Rafael Utziq

(7. Rövlan Muradov, 63)

97. Felipe Santos

(17. Yaovi Akakpo, 87)

6. Feras Abu Akal

10. Omar Hani

(14. Ülvi İsgəndərov, 63)

 

Ehtiyat oyunçular:

 

36. Elməddin Sultanov

28. Murad Musayev

33. Hüseyn Mürsəlov

91. Ramon Maçado

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Neftçi”

1. İvan Brkiç

8. Emin Mahmudov (k)

3. Höccət Haqverdi

19. Azər Salahlı

(21. İsmayıl Zülfüqarlı, 67)

7. Azər Əliyev

6. Voyislav Stankoviç

4. Solomon Kverkveliya

5. Kenni Sayef

23. Ataa Caber

22. Kilan Lebon

(10. Sezar Meza Kolli, 87)

9. Mateus Saldanya

 

Ehtiyat oyunçular:

 

30. Aqil Məmmədov

93. Rza Cəfərov

26. Ömər Buludov

2. Mert Çelik

37. Elton Əlibəyli

41. Samir Həsənov

78. Elcan Əbilov

18. Vato Arveladze

77. Yeqor Boqomolski

16. Gilyerme Pato

  

Baş məşqçi: Laurentsiu Regekampf