Qəbələdə qolsuz sülh
Xəbərlər / 13 Sentyabr 2024 | 19:361117
Qəbələdə qolsuz sülh

“Qəbələ” – “Zaqatala” – 0:0

13 sentyabr 2024. Saat 17:00. Qəbələ şəhər stadionu. 500 tamaşaçı

Baş hakim: Vüqar Həsənli

Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Samir Qaracayev

Dördüncü hakim: Murad Səlimov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Namiq Əliyev

Sarı vərəqələr: Urfan İsmayılov, 16 (qeyri-idman hərəkəti) // Asim Babazadə, 9 (qeyri-idman hərəkəti); Stenli Okezi, 17 (qeyri-idman hərəkəti)

Qol: yoxdur

Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

 

“Qəbələ” 2024-2025-ci illər mövsümündə ilk oyununu keçirib. Kaxaber Tsxadadzenin yetirmələri I Liqada 1-ci turun görüşünə çıxıb. Komandamız “Zaqatala”nı qəbul edib.

 

Qəbələ şəhər stadionundakı görüşə fəal başlayan “qırmızı-qaralar” üstünlüyü ələ alıb. İlk yarıda çoxsaylı hücumlar quran “Qəbələ” qonaqların müdafiə xəttini yarmağa çalışıb. Komandamız zaqatalalıların qapısı önündə bir neçə yaddaqalan epizod yaratsa da, hesab açılmayıb. Mehrac Baxşalının baş zərbəsini qapıçı tutubsa, Urfan İsmayılov və Abdullahi Şuaybu çərçivəyə düşməyiblər.

 

İkinci hissə əsasən qarşılıqlı hücumlarla keçib. Daha fəal olan “qırmızı-qaralar” bir neçə təhlükəli epizod yaratmağı bacarıb. Eşqin Əhmədov, Mehrac Baxşalı və Urfan İsmayılovun zərbələri hesabı açmaq üçün yetərli olmayıb. Görüşün sonlarında Nicat Əliyevin zərbəsini qapıçı dəf edib. Beləliklə, Qəbələ şəhər stadionundakı qarşılaşma qolsuz sülhlə nəticələnib.

 

Qeyd edək ki, “Qəbələ” 2-ci turda “Qaradağ Lökbatan”la üz-üzə gələcək. Sentyabrın 19-da keçiriləcək matç Lökbatan OİK stadionunda baş tutacaq.

 

“Qəbələ”

 

1. Səlahət Ağayev (k)

32. Elvin Yunuszadə

8. Urfan İsmayılov

(6. Emil Süleymanov, 76)

13. Nicat Əliyev

19. Abdullahi Şuaybu

74. Süleyman Damadayev

5. Samir Həsənov

14. Domi Massumo

(11. Asif Məmmədov, 62)

23. Mehrac Baxşalı

10. Şahin Şahniyarov

27. Eşqin Əhmədov

 

Ehtiyat oyunçular:

 

12. Müşfiq Nadirov

94. Həbib Hüşənov

4. Vüqar Həsənov

22. Fərid İsgəndərov

66. Nuğay Rəşidov

26. Elnur Mustafayev

 

Baş məşqçi: Kaxaber Tsxadadze

 

 

 

“Zaqatala”

 

12. Həsən Həsənli

9. Asim Babazadə

(27. Mahmud Məmmədov, 67)

77. Sərxan Abdullayev

55. Mətin Qəhrəmani

10. Rüstəm Nuruyev (k)

99. Cəlal Cəbrayılov

(19. Yusif Dilanov, 82)

24. Cavad Qurbanlı

20. Nemət Şıxəmirov

17. Stenli Okezi

(7. Əbu Sufyan Vaddu, 46)

11. Aşqin Abazərov

(33. Kənan Müslümov, 46)

15. Jan Pol Assumu

(14. Davud Mahmudov, 90+1)

 

Ehtiyat oyunçular:

 

1. Sərdar Sərdari

44. İbrahim Məmmədov

 

Baş məşqçi: Rüstəm Məmmədov