Qəbələdə qolsuz sülh
Xəbərlər / 31 Oktyabr 2026 | 19:2525
Qəbələdə qolsuz sülh

“Qəbələ” – “Qarabağ” – 0:0

 

“Qəbələ” növbəti oyununu keçirib.

 

Komandamız Misli Premyer Liqasının X turunun matçına çıxıb. I dövrənin son ev oyunundakı rəqib “Qarabağ” olub. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.

 

Hər iki komandanın qol imkanları olan matçda hesab açılmayıb. Görüş qolsuz heç-heçə ilə nəticələnib. Komandamız bununla da xallarının sayını 8-ə çatdırıb.

 

Qeyd edək ki, “Qəbələ” XI turda “Zirə”nin qonağı olacaq. Noyabrın 7-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.