Qəbələdə Qurtuluş Gününə həsr olunmuş turnir - Fotolar
Xəbərlər / 17 İyun 2014 | 14:01229
Qəbələdə İcra Hakimiyyətinin dəstəyi və "Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş cüdo üzrə uşaq və yeniyetmələr arasında açıq turnir keçirilib. Turnirdə 17 komandadan 187 cüdoçu medallar uğrunda mübarizə aparıb. Yekunda komanda hesabında "Təhsil" (Bakı) ilk pilləni tutub. "Qəbələ" İdman Klubunun təmsilçiləri medal sayına görə ikinci olublar. Üçüncü yerə isə Zaqatala rayonunun komandası sahib çıxıb.
Hakimlərin rəyinə əsasən turnirin ən texnikalı cüdoçusu adına Samir Mirzəyev ("Qəbələ" İK) layiq görülüb.
Yarışda qısa müddətdir Qəbələdə fəaliyyət göstərən cüdo bölmənizin yetirmələrinin uğurlu çıxışı diqqət çəkib. Bakı bölməmizdə Avropa mükafatçıları yetişdirən məşqçimiz Rail İsmayılovun Qəbələdə də eyni nailiyyətləri təkrarlayacağı gözləniləndir.