“Qəbələ” (Azərbaycan) – “Hayduk” (Xorvatiya) – 1:2
UEFA Gənclər Liqası. Çempionlar yolu, I mərhələ. Cavab oyunu
4 oktyabr. Saat 17:00. Qəbələ şəhər stadionu
Baş hakim: Arda Kardeşler (Türkiyə)
Baş hakimin köməkçiləri: Mehmet Emin Tugral, Süleyman Özay (hər ikisi Türkiyə)
Dördüncü hakim: Kamal Umudlu (Azərnaycan)
Sarı vərəqə: Xəyal Xudaverdiyev, 87 // Vako Şemiqa, 83, Kreşimir Nazor, 87
Qollar: Şahin Şahniyarov, 52 // Luka Vuşkoviç, 68, Yere Vrtsiç, 88
Artırılan vaxt: I hissədə 0 dəq., II hissədə 2 dəq.
İlk oyun – 0:3
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. “Qımızı-qaralar” Çempionlar yolunun I mərhələsinin cavab görüşündə “Hayduk”la qarşılaşıb.
Azərbaycan və Xorvatiya çempionlarının duelində ilk 45 dəqiqədə hesab açılmayıb. Matçdakı qollar ikinci hissədə vurulub. Öncə Şahin Şahniyarov Samir Ağayevin ötürməsindən sonra qonaqların qapısına yol tapıb. Lakin Zaur Hacıyevin yetirmələri üstünlüyü qoruya bilməyib. Oyunun sonunadək iki qol vuran Split təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Səfərdə keçirilən ilk görüşdə də qalib gələn xorvatiyalılar II mərhələyə yüksəlib. “Qırmızı-qaraıar” isə avrokubok mövsümünü başa vurub.
“Qəbələ”
12. Məmməd Muradov
4. Samir Ağayev
5. Murad Musayev
8. Rauf Rüstəmli
9. Sənan Ağalarov
10. Xəyal Xudaverdiyev (k)
13. Ravil Qafarov
(2. Rüfət Bədəlzadə, 77)
14. Şahin Şahniyarov
15. Kənan Baxışov
(3. Xəyyam Məmmədli, 90+2)
17. Eşqin Əhmədov
18. Mehrac Baxşalı
Ehtiyat oyunçular:
1. Eldar Tərlanov
6. Fuad Əhmədov
7. Ağabəkir Həşimli
11. Bilal İsmayılov
16. Elmir Hüseynli
Baş məşqçi: Zaur Hacıyev
“Hayduk”
33. Borna Bulian
2. Niko Dolonqa
4. Mateo Yuriç-Petraşilo
5. Luka Vuşkoviç
(24. Tomislav Arkoviç, 90+2)
6. Vako Şemiqa
(27. Lovre Lonçar, 90)
7. Boşko Yemo
(28. Kreşimir Nazor, 46)
8. Marko Sapan (k)
10. Yere Vrtsiç
11. Roko Braykoviç
(26. Nino Duiç, 90)
14. Şimun Hrqoviç
30. Marin Kaluşiç
(20. Antonio Klariç Kukuz, 65)
Ehtiyat oyunçular:
99. David Fesyuk
31. Mark Xrvoyeviç
Baş məşqçi: Marian Budimir